YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Bütün cəmiyyət üzvlərinin rifahını yaxşılaşdırmaq;
Faydalı fəaliyyəti təmin etmək;
Hər bir kəs üçün iqtisadi potensialdan istifadə etməyə bərabər şərait ya-
ratmaq;
Yoxsulluğu aradan qaldırmaq;
Əldə olunmuş sərvət və nemətlərdən sədəqə vermək.
Bu prinsiplər yaşıl iqtisadiyyatın bütün tələblərini onun istənilən
dövründə ödəyir. Məsələn, sədəqənin inkişaf etməkdə olan ölkələrdə (İEÖ)
əhəmiyyətinə nəzər salaq. İEÖ-də təhsilə qrantlar, ianələr və s. formada
maliyyə yardımı göstərməklə insan kapitalının inkişafına nail olmaq müm-
kündür.
İslam iqtisadiyyatı təkcə “təmiz” aktivlərə vəsait qoyuluşu və faizlərdən (ri-
badan) qaçma demək deyil, həmçinin cəmiyyətin yalandan, dələduzluqdan
və sosial gərginlik yarada biləcək münasibətlərdən qorunmasıdır. İlk ba-
xışda İslam iqtisadiyyatı paradoks kimi görünə bilər, çünki o sələmçiliyi,
ənənəvi bank sisteminin təməl sütunu olan faizlərin yığılmasını qadağan
edir. İslam qanunları həmçinin insanlara iqtisadiyyatın haram sahələrindən
– spirtli içkilər, qumar oyunları, silah ticarəti, pornoqrafiya və s. - gəlir əldə
etməyi, həmçinin onlarla bağlı hər növ investisiyaları qadağan edir. Bu
sahələrin verdiyi ziyan onun xeyrindən dəfələrlə çoxdur. Çünki bu industri-
yaların iqtisadiyyatda həcminin izafi şəkildə artması qeyri-sağlam, depressi-
yaya düşmüş və pozğun bir cəmiyyətə gətirib çıxarır. Məsələn, bir çox gənc
nəsil nümayəndələri spirtli içkilərə aludə olarsa, bu daha sonra məktəblərdə
və universitetlərdə bir çox problemlərə, o cümlədən,təhsildən yayınmaya,
cinayətkarlığa və əxlaqsızlığa səbəb ola bilər. Statistikaya əsasən, hər il Av-
ropada 300 mindən çox insan ancaq spirtli içkilərdən istifadə nəticəsində
həyatını dəyişir
21
. Amma yenədə unudulmamalıdır ki, biz milyonlarla gəlir
gətirən industriyalar barəsində danışırıq. Accenture şirkətinin 2011-ci ildə
dərc edilmiş bir hesabatına əsasən, dünyada spirtli içki sənayesinin gəlirləri
900 milyard, strip klub sənayesinin gəlirləri 75 milyard, pornoqrafiya
sənayesinin gəlirləri 57 milyard, kazino sənayesinin gəlirləri isə 102 milyard
ABŞ dolları təşkil etmişdir
22
.
21 http://www.accenture.com/us-en/pages/index.aspx
22 F.Nomani and A.Rahnema, Islamic Economic Systems, London & New Jersey, Zed Books Ltd, 1994.