YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Korporasiya və şirkətlərin sosial baxımdan məsuliyyətli fəaliyyəti
idarəetmənin ən müasir istiqamətlərindəndir və davamlı inkişafı təmin
edən amildir. Bu fəaliyyətin planlaşdırılması və həyata keçirilməsi insan
potensialına arxalanır və davamlı inkişaf sahəsində təhsilin vacib elementi-
dir. Korporativ sosial məsuliyyət ilk növbədə hər bir fəaliyyətin etik forma-
da aparılmasını nəzərdə tutur. Bu isə öz növbəsində təbii və sosial mühitə
təsir edən fəaliyyətlərin sivil cəmiyyətdə qəbul olunmuş normalar əsasında
həyata keçirilməsinə əsaslanır. Korporativ sosial məsuliyyətli fəaliyyət şirkət
daxilində və şirkətdən kənarda həyat səviyyəsinin daimi yüksəlməsini bir
məqsəd kimi qarşısına qoyur və bu məqsədi gəlir götürməkdən daha yüksək
tutur.
İqtisadi və sosial, fərdi və ictimai maraqlar arasında balansın təmin
edilməsi bu prosesin idarə edilməsinin əsas prinsipidir. Bu prinsipin təmin
edilməsi kifayət dərəcədə çətin olsa da, hər bir milli və transmilli korpora-
siyanın tanınması və şöhrətlənməsi, ictimaiyyət ilə əlaqələr qurulması üçün
olduqca önəmlidir. Belə yanaşma sosial məsuliyyətli idarəetmə prinsiplərini
tətbiq edən qurumların şöhrətini artırır, onlar üçün azad rəqabətdə əlavə im-
tiyazlar yaradır.
Korporativ sosial məsuliyyət (KSM) elə bir sosial məsuliyyət növüdür
ki, qanunvericiliyə uyğun olaraq şirkətlərin könüllülük prinsipi əsasında
cəmiyyətə hər hansı bir faydası verən fəaliyyətlərini əhatə edir. Deməli,
şirkətlərin KSM-i davamlı inkişafa müəyyən prinsiplər- sistemli yanaşma,
uzunmüddətli perspektivlər, resurslardan səmərəli istifadə, partnyorluq
aspektlərində ekoloji, iqtisadi və sosial sahədə tarazlığa diqqət- əsasında nail
olmaq üçünmühüm açarlardan biridir.
Şirkətlər KSM-in yerinə yetirilməsi zamanı sağlamlığın, əməyin və ətraf
mühitin mühafizəsi üzrə normaları, qlobal iqlim dəyişikliklərini, su ehtiyat-
larına çıxışı, tullantıların minimuma endirilməsini, biomüxtəlifliyin qorun-
masını, resurslara və enerjiyə qənaət edən texnologiyaları, məhsulların eko-
loji saflığını, biznes etikasını və s. məsələləri əhatə edə bilir ki, bu da özündə
yaşıl iqtisadiyyatın formalaşması üçün zəruri olan tədbirləri əks etdirir. Re-
allıqda isə kommersiya məqsədli şirkətlər tərəfindən son beş ildə davamlı
inkişaf üçün edilən təşəbbüslərin nəticələrini aşağıdakı kimi təsnifləşdirmək
olar: