YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şirkət və dövlət səviyyəsində davamlı inkişaf və yaşıl iqtisadiyyat
sahəsində atılan praktiki addımlarla tanış olarkən aydın olur ki: şirkətlərin
bəziləri KSM ilə biznes strategiyasının prinsipləri arasında əlaqə qurur;
bəziləri yalnız insan amilini və öz istehlakçısının sağlamlığını düşünür; bir
sıra dövlətlər isə KSM-i özlərinin davamlı inkişaf konsepsiyalarında əsas
meyar kimi qiymətləndirir.
Ümumiyyətlə, hər bir şirkət çalışmalıdır ki, yaşıl iqtisadiyyatın inkişafı
naminə əsas prinsiplərdən biri olan şəffaflıq təmin olunsun və bu məqsədlə
davamlı inkişaf və KSM sahəsində ayrıca bir hesabat tərtib edilsin. Böyük
Britaniyada aparılan araşdırmaların nəticələri göstərir ki, FTSE 100 (Finan-
cial Times Stock Exchange İndex) daxil olan şirkətlərin 90 faizi davamlı in-
kişaf və KSM sahəsində ayrıca hesabatnəşr edir
20
.
Nəticə ondan ibarətdir ki, yaşıl iqtisadiyyatda qəhvəyi iqtisadiy-
yatdan fərqli olaraq, özünü sosial məsuliyyətli təqdim etdiyi halda, in-
san sağlamlığı üçün zərərli məhsullar istehsal edən şirkətlərə yer yox-
dur. Çünki yaşıl iqtisadiyyatda KSM tam anlamıyla maddiyatdan uzaq
şəkildə qiymətləndirilir. Belə olan halda, şirkətlər etik kodekslərini
həyata keçirəndə hökümət tərəfindən qanunvericilik baxımından dəstək
görməlidir və hökumətlər bu köməyi yaşıl fiskal siyasətin vacib alətləri
vasitəsilə həyata keçirə bilərlər.
Əhalisinin əksəriyyətinin İslam dininə inandığı ölkələr yaşıl iqtisa-
diyyatda KSM-i tam anlamıyla həyata keçirilməsində geniş potensia-
la malikdirlər. Çünki İslam dini ictimai və əxlaq normaları ilə müəyyən
edilən xüsusi iqtisadi inkişaf yolunun mümkünlüyü haqqında təsəvvürləri
ifadə edir və elə yaşıl iqtisadiyyatın da əsas qayəsi bundan ibarətdir. Biz
bunu İslam iqtisadiyyatının təməl prinsiplərində də görə bilərik ki, ölkələri
davamlı inkişafa apara biləcək yaşıl iqtisadiyyat son zamanların trendi
deyil və əslində onun tarixi Müqəddəs Quranın tarixi qədər qədimdir.
Məzmununa görə ilahi göstəriş əsasında insanların təsərrüfat prosesində
davranış qaydalarını müəyyən edən İslam iqtisadiyyatı formasına görə
sərvət və nemətlərin istehsalında, bölgüsündə və istifadəsində ədalətli
fəaliyyəti ehtiva edir. İslam iqtisadi sistemində əsas məqsədlər kimi aşağı-
dakıları göstərmək olar:
20 http://europa.eu/abouteuropa/index_en.htm