YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
yaşıl iqtisadiyyatda maddiyyatla yanaşı mənəvi məsələlərin, o cümlədən in-
san amilinin ön planda olduğunu göstərir.
Hər bir ölkədə qəbul olunan davamlı inkişaf konsepsiyalarında KSM
prinsipləri, insanların sağlamlığı və insan kapitalının formalaşması nəzərə
alınmalıdır. Sinqapur dünya ölkələri arasında davamlı inkişaf proqramın-
da humanistliyi ilə fərqlənir. Bu ölkədə davamlı inkişafın idarə olunması,
təbii resurslardan istifadənin səmərəliliyi, ətraf mühitin vəziyyətinə nəzarət,
davamlı inkişaf sahəsində bilik bazasının formalaşdırılması və aparıcı
təcrübənin təşviqatı, əhalinin davamlı inkişaf prinsiplərinin praktiki icrasına
şəxsi marağın artırılmasına yönələn tədbirlər sahəsində uğurlar əldə edil-
mişdir. Bu tədbirlər sistemi sırf insan və onun gələcəyi üçün hazırlanaraq
aşağıdakı məqsədlərə yönəldilmişdir
19
:
(2005-ci il ilə müqayisədə) 2020-ci ilə enerji effektivliyinin 20%, 2030-
cu il üçün isə 35% artırılması;
Təsərrüfat məqsədləri üçün su sərfiyyatının 2008-ci ildəki adambaşına
gündəlik 156 litrdən 2020-ci ilə gündə adambaşı 147 litrə, 2030-cu ilə
isə adambaşına gündəlik 140 litrə çatdırılması;
Atmosferə kiçik hissəciklərin tullanmasının 2008-ci ildəki 16 mkq/
kub.m-dən 2020-ci ildə 12 mkq/kub. m-ə, kükürd dioksid tullantıların
isə15 mkq/kub.m-ə qədər azaldılması;
Əhalinin hər 1000 nəfərinə hesabı ilə 0,8 ha yaşıl əkin sahələrin yaradıl-
ması, çoxmərtəbəlibinaların ətrafında yaşıllığın 2020-ci ildə 30 hektara,
2030-cu ildə isə 50 hektara qədər artırılması;
2030-cu ilə qədər rekreasiya məqsədləri üçün 900 hektar sahəyə malik
su anbarların və 100 km uzunluğunda su yolların yaradılması və s.
Sinqapurda davamlı inkişafın idarəolunmasısistemi BMT tərəfindən
inkişaf edən ölkələrüçün ekologiya sahəsində aparıcı praktika kimi də
tanınmışdır. Bu cür qiymətləndirmə siyasətin, reallaşdırılmış planların
və proqramların effektivliyinə əsaslanmışdır.Sistemin vacib xüsusiyyəti
ondadır ki, ölkə hakimiyyəti əldə olunan nəticələri izləmək və operativ
şəkildə düzəlişlər etmək bacarığına malikdir. Bu isə, öz növbəsində, müa-
sir informasiya texnologiyalarının və sistemlərinin tətbiqi sayəsində müm-
kündür.
19 http://www.corporatereporting.com/sustainability_reports_independent.html