YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Bu sənəd dayanıqlı inkişafın əsas sahələrini qeyd etmişdir və 2003-2010-
cu illərdə su ehtiyatları, atmosfer havası, torpaq ehtiyatları, meşə, balıq eh-
tiyatları, tullantılar, elektroenergetika, tikinti, nəqliyyat, kənd təsərrüfatı,
turizm sahələrində planlaşdırılmış tədbirlər görülmüşdür. Həmçinin,
“Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın 2013-cü
ilə kimi uzadılması ölkə iqtisadiyyatının yüksəlişi üçün - yaşıl biznesin
inkişafına şərait yaratmış olan aşağıdakı tədbirlərin görülməsini daha da
genişləndirmişdir. Məsələn, Qəbələdə yaradılan müasir səviyyəli turizm
obyektləri, Qusarda Şahdağ dağ-xizək turist kompleksinin işə salınması,
Qubada Qolf mərkəzinin yaradılması və s. bu kimi layihələr Azərbaycan
dövlətinin şaxələndirilmiş və yaşıl iqtisadiyyata istiqamətlənmiş
siyasətindən xəbər verir. 2008-2015-ci illərdə “Azərbaycan Respublikasın-
da yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın strate-
ji məqsədləri sırasında aşağıdakılar da vardır:
- makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf
etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi;
- ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunma-
sının təmin edilməsi.
2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: Gələcəyə baxış” inki-
şaf konsepsiyası yaşıl iqtisadiyyatın inkişafına geniş imkanlar yaradır.
Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosi-
al-iqtisadi inkişafa nail olmaqdır. Sənəddə göstərilib ki, biomüxtəlifliyin
qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin
neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin ara-
dan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resurs-
ların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də da-
vam etdiriləcəkdir. Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta
hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya
olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2010-cu il tarixli
sərəncamı ilə vahid texnoloji prosesdə fəaliyyət göstərən neft-qaz emalı və
neft-kimya sənayesinin səmərəliliyinin artırılması, bu sahədə beynəlxalq