HEYDƏR ƏLIYEV FONDU
AZƏRBAYCAN RESPUBLIKASI SƏHİYYƏ NAZIRLIYI
AKAD.M.A.TOPÇUBAŞOV ADINA ELMI CƏRRAHIYYƏ MƏRKƏZI
ALMANIYANIN MANNHAYM UNIVERSITET KLINIKASININ CƏRRAHİYYƏ MƏRKƏZİ
HEYDAR ALIYEV FOUNDATION
THE MINISTRY OF HEALTH OF AZERBAIJAN REPUBLIC
SCIENTIFIC SURGICAL CENTER AFTER M.TOPCHUBASHOV, BAKU, AZERBAIJAN
SURGICAL CLINIC OF UNIVERSITY MEDICAL CENTRE MANNHEIM, GERMANY
II AZƏRBAYCAN-ALMAN CƏRRAHİYYƏ GÜNLƏRİ
II AZERBAIJAN-GERMAN SURGERY DAYS
30 Yanvar
–
3 Fevral, 2011
January 30
–
February 3, 2011
Bakı, Azərbaycan
Baku, Azerbaijan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2006-cı il
sərəncamı ilə gənclərimizin xaricdə təhsil almaları üçün hərtərəfli şəraitin
yaradılması, 21 oktyabr 2009-cu il tarixli 526 nömrəli Sərəncamı əsasında
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun
yaradılması, ixtisaslı kadrlarının hazirlanmasına göstərdiyi diqqət və qayğı,
təbabət sahəsində də ən müasir qərb standartlarının ölkəmizə gətirilməsi
yönümündə apardığı uğurlu siyasətin və Səhiyyə Nazirliyinin bu yönümdə
gördüyü səmərəli işlərin nəticəsi kimi Akad.M.A.Topçubaşov adına Elmi
Cərrahiyyə Mərkəzi (ECM) ilə Almaniyanın Heydelberq Universitenin
Mannheim
Cərrahiyyə
Klinikası
arasında
elmi-tibbi
əməkdaşlıq
yaradılmışdır. Bu əməkdaşlığın əsas hədəfi respublikada tibb sahəsində tədrisin,
elmi-tədqiqat işlərinin və əhaliyə göstərilən ixtisaslı tibbi xidmətin səviyyəsinin
yüksəldilməsidir.
Keçən dövr ərzində ECM 30-a yaxin əməkdaşları dəfələrlə
Mannheim Cərrahiyyə Klinikasında müxtəlif zamanlarda elmi ezamiyyətlərdə
və ixtisaslaşma kurslarında olmuşlar. Eləcə də alman həmkarlarımız bir neçə
dəfə Bakıda olmuş, ECM əməkdaşları üçün fərqli mövzularda mühazirələr
oxunmuş, seminarlar keçirmiş, birgə cərrahi əməliyyatlar icra etmişlər.
2007-ci ildə əməkdaşlarımızın növbəti səfərləri çərçivəsində Heydər Əliyev
Fondunun dəstəyi ilə Mannheim Cərrahiyyə Klinikasında Novruz bayramı
şənliyi keçirilmiş, Universitetin 100-dən çox professor-müəllim heyətinə
Azərbaycan həqiqətləri çatdırılmışdır.
Bu əməkdaşlığın uğurlu nəticəsi kimi 6-9
iyun 2008 ci ildə Bakida 1-ci Alman Azərbaycan Cərrahlıq Günləri
keçirilmişdir. Bu tədbirdə Mannhaym Cərrahlıq klinikasının direktoru, prof.
S.Post., Həmin klinikanın baş həkimi P.Kienle, Siegen Universitet klinikasının
direktoru prof.F.Velike və 3 digər alman professoru iştirak etmişlər. Bu tədbirdə
200 çox azərbaycanlı həkim 4 gün ərzində canli əməliyyatların iştirakçısı omuş,
treninglərdə iştirak etmiş, maraqli elmi və praktik məruzələrin dinləyicisi
olmuşlar.
2009-cu ildə M.Topçubaşov adina Elmi Cərrahlıq Mərkəzinin 10 yaxın kliniki
və elmi şöbə müdirləri 15 gün ərzində Almaniyanin Mannhaym Cərrahlıq
klinikasında olmuş, elmi və praktik təcrübə qazanmışlar.
ECM-in respublikada cərrahi xidmətin metodoloji mərkəzi olmasını nəzərə alsaq
bu layihə gələcəkdə regionlarda da müasir cərrahiyyənin yaradılmasına və
inkişafına bir dəstək ola bilər. Artıq ECM respublikanın bəzi regionlarında
endoskopik və laparoskopik cərrahiyyənin təşkil edilməsi və mütəxəssislərin
hazırlanması üçün müəyyən işlər görmüşdür.
Xüsusilə qeyd olunmalıdır ki, ECM əməkdaşları alman həmkarları ilə birlikdə
elmin müasir tələbləri ilə səsləşən elmi-tədqiqat işləri aparır və çox uğurlu
nəticələr alınmışdır. Bu tədqiqat işlərinə hüceyrələrdə proqramlaşdırılmış ölümü
müəyyən edə biləcək biosensorun hazırlanması və tətbiqi, müxtəlif cərrahi
xəstəliklərin yaranması və müalicəsində genetik dəyişikliklərin, gen
polimorfizminin rolu, cərrahi xəstəliklərin müalicəsində yeni dərman
maddələrinin eksperimental sınaqdan çıxarılması kimi müasir işlər aid edilə
bilər. Hal hazirda bu sahədə xeyli uğurlu nəticələr alınmış və gələcəkdə belə
elmi işlərin aparılması üçün birgə tədqiqat laboratoriyasının Azərbaycanda
qurulması yönümündə işlər aparılır.
Əməkdaşlığın dəyərli elementlərindən biri də ECM-də bir çox cərrahi
xəstəliklərin müalicəsində Mannheim Cərrahiyyə klinikasında istifadədə edilən
klinik protokollar əsasında müalicə taktikasının yeniləşdirilməsidir. Akad.
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Heydelberq Universitetin
Mannheim Cərrahiyyə Klinikası arasında əməkdaşlıq inkişaf etməkdə ölkəyə
bilik və bacarıq transferinə gözəl modeldir. Bakıda ikinci dəfə “Azərbaycan-
Alman Cərrahiyyə günləri”-nin təşkil edilməsinin əsas məqsədlərindən biri bu
uğurlu modeli digər klinikalara da çatdırmaq və Alman-Azərbaycan
cərrahlarının əməkdaşlığını daha davamlı bir hala gətirməkdir.