Qeyri-vertebrogen ağrılar
Mielit onurğa beyninin iltihabı xəstəliyi olub kəskin başlayır,
ağrı beldə lokalizasiya edir, ifliclər və hissiyyatın itməsi inkişaf edir.
Diaqnostikasında informativ üsul kimi MRT istifadə olunur.
Herpes Zoster (kəmərləyici dəmrov)
İstənilən yaşda rast gəlinə bilər, lakin yaş artdıqca meydana
çıxma ehtimalı artır. Xəstəliyin aşkar klinik təzahürlərinin əmələ
gəlməsindən bir neçə gün əvvəl hərarətin yüksəlməsi, zəiflik və
əzginlik hissi, başağrıları, limfa düyünlərinin böyüməsi (gələcəkdə
səpgi əmələ gələcək tərəfdə) meydana çıxır. Sonralar dərinin
müəyyən hissəsində lokal hiperesteziya, yanğı, qaşınma hissi,
paresteziya aşkar olunur. EKQ-də spesifik dəyişikliklər yoxdur. 3-14
gün ərzində səpgilər meydana çıxa bilər.
Dostları ilə paylaş: |