Sümük-oynaq xəstəlikləri
Titse sindromu
döş sümüyü-qabırğa birləşməsində (II-IV qabırğa qığırdaqları
nahiyəsində) lokalizasiya
qola və çiyinə irradiasiya edən ağrılar
fiziki gərginlik, döş qəfəsində hərəkətlər, asqırma, öskürmə,
nəfəsalma zamanı artır
döş sümüyünün kənarında kəskin ağrılı şişkinlik (qabırğa
qığırdağının ödemi və hipertrofiyası) qeyd olunur
qeyri-steroid iltihab əleyhinə preparatlar, fizioterapiya, blokada
ağrının azalmasına, keçməsinə səbəb olur
Rentgenoloji müayinədə osteoporoz ocaqları aşkar olunur.
Manubriosternal sindrom
Döş sümüyünün yuxarı hissəsində kəskin ağrı ilə xarakterizə
olunur
Fiziki hərəkət, bədənin vəziyyətini dəyişdikdə, öskürmə,
asqırma zamanı ağrının artması səciyyəvidir
Həmin nahiyədə şişkinləşmə, palpator ağrı
Əksərən revmatoid artritdə rast gəlinir
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|