3.
Peşəkar cəmiyyət standartları
3.1. Ümumi prinsiplər
Oftalmoloq təsdiq edilmiş standartlar əsasında peşəkar icmalarının məsul üzvü olmağa borcludur,
həmçinin bu icmanın və onun üzvlərinin adına xələl gətirə biləcək hərəkətlərdən çəkinməlidir.
3.2. Standartlar
Oftalmoloq:
•
həmkarları ilə hörmət və ehtiramla davranmalıdır;
•
xəstələrin marağına cavab verəcək münasib məlumatların bölüşdürülməsi daxil olmaqla, onlarla
peşəkar şəkildə və ehtiramla dialoq qurmalıdır;
•
peşəkar standartlar mövcud imkanlar xaricində olduğu hallarda iş yoldaşlarına kömək etməlidir;
•
məsləhət üçün müraciət etdiyi mütəxəssisin fikirlərinə hörmətlə yanaşmalıdır;
•
hüquqi məsələlərlə əlaqədar kiminsə daha doğru məlumat verə bilməsi məlum olduğu halda,
özünü məharətli şahid qismində qələmə verməkdən çəkinməlidir.
Dostları ilə paylaş: |