Beynəlxalq Oftalmologiya Şurası/
Oftalmoloji Cəmiyyətlərin Beynəlxalq Federasiyası
OFTALMOLOQLAR ÜÇÜN ETİK KOD: ETİK PRİNSİPLƏR VƏ PEŞƏ STANDARTLARI
Etik Kod oftalmoloqların peşə fəaliyyəti dövründə onların davranışlarının mənəvi prinsip və standartları
üzrə tövsiyyələri özündə əks etdirir. Bu mənbə həm tibbin müvafiq sahəsinin üzvləri kimi, həm də üzvləri
olduqları peşəkar birliklərin məsul şəxsləri kimi oftalmoloqların can atdığı idealları özundə cəmləşdirir.
Altı qrupa bölünən standartların hər biri ümumi prinsiplərdən ibarət olaraq, əlaqədar meyarları təşkil edir.
Standartlar həkimlərin etik və peşə dilemmaları ilə rastlaşdıqda və ya oftalmoloqların peşə məsələləri ilə
bağlı davranışlarını təhlil edən zaman hər bir şəxsin istinad edə biləcəyi ətraflı göstərişlər məcmusu kimi
nəzərdə tutulur. Ümumi prinsiplər dəyişdirilməmək şərti ilə standartlar lazım gəldikdə əlavə edilə bilər.