Maddə 27. Sığorta ödəniĢinin verilməsindən imtina halları
27.1. AĢağıdakılardan biri baĢ verdikdə, Sığortaçı sığorta müqaviləsinə əsasən sığorta ödəniĢinin
verilməsindən tam və ya qismən imtina etmək hüququna malikdir.
27.1.1. Sığorta haqqının tam məbləğdə ödənilməməsi;
27.1.2. Bu Qaydaların 26.1, 26.3 və 26.4-cü bəndlərinin pozulması;
27.1.3. Sığortaçıya sığorta hadisəsinin baĢ verməsi və çəkilmiĢ xərclərin məbləğləri ilə bağlı
yalan məlumatların təqdim edilməsi;
27.1.4. Sığorta hadisəsi ilə bağlı olaraq Sığortaçı tərəfindən ödəniləcək olan zərərin artmasına
səbəb olma (qəsdən və ya ehtiyatsızlıq nəticəsində) və ya zərərlərin azaldılması üçün münasib
tədbirlərin görülməsi.
27.2. Sığorta ödəniĢinin verilməsindən imtina haqqında qərar Sığortalıya ( Sığorta olunana)
yazılı formada, imtinanın səbəbi əsaslandırılaraq təqdim edilir.
27.3. Sığortaçının sığorta ödəniĢinin verilməsindən imtina qərarı mövcud qanunvericiliyə əsasən
Sığortalı (Sığorta olunan) tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
“ Meqa Sığorta “ ASC Səfər Sığortası
19
Dostları ilə paylaş: |