§4. MÜHARĠBƏNĠN SON, HƏLLEDĠCĠ DÖVRÜNDƏ
1944-cü ilin iyununda Avropada ikinci cəbhənin açılmasına baxmayaraq,
Vermaxtın əsas qüvvələri alman-sovet cəbhəsində yerləşmişdi. Almanlar
Moskvada qalmaq üçün öz qruplaşmalarının birinci cinahını möhkəmləndirməyə
çalışırdılar. Son dərəcə gərgin gedən bu döyüşlərdə Azərbaycan diviziyaları da
iştirak edirdi.
1944-cü il oktyabrın 20-də sovet və yuqoslav qoşunlarının birgə gücü ilə
almanların 20 minlik Belqrad qruplaşması məhv edildi və Yuqoslaviyanın paytaxtı
azad olundu.
Həmin il noyabrın sonunda Yuqoslaviya Xalq Azadlıq Ordusunun hissələri
ilə birgə qədim Krakov şəhəri yaxınlığında çox ağır hərbi əməliyyatlar başlandı.
223-cü diviziyanın 1041-ci alayının komandiri mayor Baxış Mehdiyev 1037-ci
alayın iki batalyonu ilə birlikdə şəhəri alman faşistlərindən təmizlədilər. Düşmən
döyüş meydanında 1000-ə qədər əsgər və zabit itirdi. 223-cü Azərbaycan
diviziyasının döyüşçüləri Belqradın sakinlərinin alqışları altında qələbə bayrağı ilə
qürurla addımladılar. 223-cü diviziyaya "Belqrad" fəxri adı verildi. Bu münasibətlə
marşal İosip Broz Tito diviziyanın komandirinə təbrik məktubu göndərmişdi.
154
1944-cü il avqustun 25-də 223-cü diviziya 3-cü Ukrayna cəbhəsi
komandanının əmri ilə Sarata-Qalebna rayonunda mühasirəyə alınmış düşmən
qruplaşmasını parçalamaq məqsədilə döyüşə başladı. Alman faşist diviziyaları
64
güclü hücumlarla mühasirədən çıxmağa çalışdığı zaman mayor Baxış Mehdiyevin
1041-ci alayı özü düşmənin mühasirəsinə düşdü, lakin iki günlük mühasirə
şəraitində B.Mehdiyevin alayı igidlik göstərərək 1500 alman faşistini məhv etmiş,
1000 nəfəri isə əsir götürmüşdü.
223-cü diviziyanın adı iki dəfə Ali Baş Komandanın əmrində çəkilmiş və
almanların Dnepr çayı sahilindəki müdafiəsini yardığına, Benzeranı hücumla
aldığına görə ona iki dəfə təşəkkürnamə göndərilmişdi.
155
1945-ci il yanvarın 12-də sovet ordusunun Visla-Oder əməliyyatı başlandı.
Bu əməliyyatın aparılmasında məqsəd alman-faşist qruplaşmalarını dağıtmaq,
Polşanın azad edilməsini başa çatdırmaq, Berlinə həlledici zərbə endirilməsi üçün
münasib şərait yaradılmasını təmin etmək idi. Bu əməliyyatda 416-cı Taqanroq və
223-cü Belqrad diviziyaları fəal iştirak etdilər.
Visla sahillərində gedən döyüşlərdə leytenant Bəhyəddin Mirzəyev şöhrət
qazandı. Yanvarın 14-dən 15-ə keçən gecə onun rotası Vislanı keçib sağ sahildə
möhkəmləndi. Cəsur döyüşçülər tutduqları mövqeyi əldən vermədilər. Əməliyyat
B.Mirzəyevin göstərdiyi şəxsi qəhrəmanlıq və döyüş ustalığı sayəsində qələbə ilə
başa çatdı.
156
1945-ci ilin yanvarında düşmənin Visladakı müdafiə istehkamlarının
keçilməsində 416-cı diviziyanın batalyonu yüksək döyüş məharəti nümayiş
etdirmişdi. Batalyon düşməni birinci və ikinci müdafiə xətlərindən çıxararaq,
diviziyanın hərəkətinə imkan yaratdı.
Varşavanın cənubunda düşmən müdafiəsinin yarılması və Visla-Oder
arasındakı döyüşlərdə yüksək hərbi nailiyyətlərinə görə 416-cı diviziyanın 1368-ci
alayı Qırmızı Bayraq, 1054-cü artilleriya alayı III dərəcəli Suvorov, 444-cü topçu
divizionu III dərəcəli Boqdan Xmelnitski, 348-ci sanitar batalyonu Qırmızı Ulduz
ordenləri ilə təltif olunmuşdu. 1945-ci il yanvarın 19-da 416-cı diviziya Visladan
Polşanın içərilərinə doğru 180 km irəlilədi,
157
fevralın 1-də isə Oder çayının qərb
sahilinə çıxdı. Almanlarla bir həftə ağır döyüşlər nəticəsində kapitan Mirzəyevin
batareyası tutduğu mövqelərini saxlaya bildi. Bəhyəddin Mirzəyev igidliyinə görə
SSRİ Ali Soveti Rəyasət heyətinin Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına
layiq görüldü. Bu, 416-cı və 295-ci diviziyaların birgə zərbələri altında düşmənin
Berlinə gedən yol üzərində yerləşən və müdafiə xətti rolunu oynayan Küstrin
şəhər-qalanın alınması üçün böyük strateji əhəmiyyət kəsb edirdi. Yolayrıcında
yerləşən binada mövqe tutmuş düşmən
pulemyotçusu sovet döyüşçülərinin
irəliləməsinə imkan vermirdi. Gənc zabit Məmmədnəbi İsmayılov sürünərək
binaya yaxınlaşdı, pulemyot nöqtəsini məhv etdi və hücum üçün yol açıldı.
158
Fevralın 19-da 1373-cü atıcı alay Küstrinin şimalında düşmənin altı əks-hücumunu
dəf etmiş, 13 tankı, 650 əsgər və zabiti məhv etmişdi. 1945-ci il martın 12-də
Birinci Belorus cəbhəsi qoşunları tərəfindən azad olunmuş Küstrinin alınması
65
şərəfinə Moskvada 224 topdan 20 yaylım atəşi açıldı. Ali Baş Komandanın
əmrində 416-cı diviziyanın döyüşçülərinin qəhrəmanlığı xüsusi qeyd olunurdu.
Diviziyanın 1054-cü topçu alayı Qırmızı Bayraq, 1374-cü atıcı alayı Boqdan
Xmelnitski, 1368-ci atıcı alayı III dərəcəli Suvorov, 444-cü top divizionu və 345-ci
sanitar batalyonu Aleksandr Nevski ordenlərinə layiq görüldü. 1945-ci ilin yanvar-
mart aylarındakı döyüşlər ərzində 416-cı diviziyanın 1388 döyüşçüsü orden və
medallarla təltif olunmuşdu.
159
Budapeşt rayonu istiqamətində hərəkət edən 223-cü diviziya Yuqoslaviya-
Macarıstan sərhədini keçərək, 4-cü qvardiya ordusunun tərkibində Budapeşt şəhəri
uğrunda döyüşlərə başladı. Diviziyanın döyüşçüləri iki ay yarım ərzində Budapeşt
yaxınlığında almanların 50-dən çox ağır hücumunu dəf etmişdi. 75-ci atıcı
Belqrad-Budapeşt korpusunun tərkibində iştirak edən 223-cü diviziya aprelin 13-də
Avstriyanın paytaxtı Vyananı azad etdi. Vyana istiqamətində hazırlanan hücum
əməliyyatlarından bir ay əvvəl 223-cü diviziya Avstriyanın 44 yaşayış məntəqəsi
və 4 şəhərini alman işğalçılarından azad etmişdi. Bu döyüşlərdə diviziya düşmənin
4500 əsgər və zabitini məhv etmiş, çoxlu texnika və döyüş sursatını qənimət
götürmüşdü. Ali Baş Komandanlığın əmri ilə diviziyaya təşəkkür elan edilmişdi.
Vyana yaxınlığında uğurlu əməliyyatlara görə 223-cü diviziya SSRİ Ali Soveti
Rəyasət heyətinin Fərmanı ilə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdu. 223-cü
diviziya Mərkəzi və Cənubi Avropanın altı ölkəsinin - Rumıniyanın, Bolqarıstanın,
Yuqoslaviyanın, Avstriyanın, Çexoslovakiyanın azad olunmasında fəal iştirak
etmişdi. Ümumiyyətlə, müharibə illərində diviziya 10 min kv.km ərazini, 400
yaşayış məntəqəsini, o cümlədən 19 şəhəri düşməndən təmizləmişdi.
160
Alman faşistləri ilə döyüşlərdə 223-cü diviziyanın döyüşçüləri 45 mindən
çox alman faşistini məhv etmiş və 43800 nəfər əsgər və zabiti əsir almışdılar.
Diviziyanın döyüşçüləri düşmənin 28 təyyarəsini, 113 tank və döyüş maşınını, 549
səhra topunu, 311 minaatan qurğusunu, 1152 pulemyotunu, 25 mindən çox
avtomaşınını məhv etmişdi.
161
Yüksək döyüş məharətinə və igidliyə görə 20 nəfər
azərbaycanlı döyüşçüyə, o cümlədən A.Vəzirov, M.Vəliyev, A.Quliyev,
M.Abdullayev, B.Mirzəyev, M.Cəbiyev, X.Məmmədova Sovet İttifaqı Qəhrəmanı
adı verilmişdi.
162
1945-ci ilin yanvarında sovet ordusunun Polşaya hücumu zamanı Ziya
Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü
uğrunda qeyri-bərabər döyüşdə göstərdiyi igidliyə görə təltif edildilər. Ziya
Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi.
163
Sovet qoşunları 1945-ci ilin aprelində Berlinin alınması və faşistlərin son
iqamətgahının darmadağın edilməsi əməliyyatına başladı. Aprelin 17-də 416-cı
diviziyanın iki piyada batalyonu 295-ci diviziyanın hissələri ilə birlikdə Nou-
Hardenberqi faşistlərdən azad etdi. Aprelin 20-də diviziya Klossordorfu, 21-də
66
Ştrausberqi tutaraq
Berlinə yaxınlaşdı, aprelin 26-da şəhərin cənub-şərqindən
Sileziya vağzalı və Reyxstaq istiqamətində hücuma keçdi. 73-cü atıcı alay amansız
döyüşlərdə faşistlərin müqavimətini qıraraq, mayın 1-də gündüz saat 3-də Kayzer
sarayını tutdu və üzərinə Qırmızı bayraq sancdı. Berlindəki küçə döyüşlərində
göstərdikləri qəhrəmanlığa görə baş leytenant Vaqif Osmanov, Q.İsmayılov,
azərbaycanlı qızlar R.Əhmədova, S.Bayramova, N.Yəhyayeva, T.Tahirova,
S.Ağayeva, S.Xəlilova, L.Nəzirova yüksək mükafatlara layiq görüldülər. Mayın 2-
də səhər 416-cı diviziyanın bir qrup döyüşçüsü leytenant A.Məcidovun başçılığı
altında Brandenburq qapıları üzərində qələbə bayrağı qaldırdı.
164
Azərbaycan xalqının fəxri olan Qırmızı Bayraqlı, II dərəcəli Suvorov
ordenli Taqanroq diviziyası Böyük Vətən müharibəsi dövründə Qafqazdan Berlinə
qədər şanlı döyüş yolu keçmiş, 23 minə qədər hitlerçini məhv etmiş, 5474 nəfəri
əsir almış, düşmənin 21 tankını, 195 topunu, habelə minlərlə silah və sursatını
sıradan çıxarmışdı. Diviziyanın 8 döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülmüş, 11 döyüşçü Lenin ordeni ilə təltif edilmiş, ümumiyyətlə, 14369 əsgər və
zabiti SSRİ orden və medallarına layiq görülmüşdü.
165
Berlin uğrunda döyüşdə azərbaycanlılar qızıl ordunun digər birləşmələrində
də fəal iştirak edirdilər. Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin komandanlıq
etdiyi rota Potsdam vağzalı yaxınlığında faşistləri müdafiə istehkamlarından vurub
çıxarmışdı.
Aprelin 26-da Berlin uğrunda iki saatlıq döyüşdə 8 tank və 204 hitlerçi
məhv edərək, düşmən hücumunu pozmuşdu. Başından ağır yaralanmış komandir
Yusif Sadıxov son nəfəsinədək döyüş meydanını tərk etmədi. O, Berlin uğrunda
döyüşlərdə xüsusilə fərqləndiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülmüşdü.
166
Hitlerçiləri Berlində sıx halqaya alan I Belorus və I Ukrayna cəbhələrinin
qoşunları alman faşizminin darmadağın edilməsini başa çatdırdı. Aprelin 30-da
sovet qoşunları hitlerçilərin son müqavimətini qırıb Reyxstaqı ələ keçirdi və
üzərinə Qələbə bayrağı sancdı.
1945-ci il mayın 8-də faşist Almaniyası Berlində qeyd-şərtsiz təslim aktına
qol çəkdi. 1945-ci il mayın 9-u tarixə sovet xalqının Qələbə bayramı kimi daxil
oldu.
1945-ci il iyunun 24-də Moskvada, Qızıl meydanda Azərbaycan
döyüşçüləri nümayəndələrinin də iştirak etdiyi sovet ordusunun Qələbə paradı
keçirildi.
Sovet İttifaqı 1945-ci il avqustun 9-da Yaponiyaya müharibə elan etdi.
Avqustun 10-da Sovet Hərbi Qüvvələri Mancuriya və Koreyada yerləşən yapon
qoşunlarına qarşı döyüşlərə başladı. 24 gün davam edən döyüşlərdə Azərbaycan
xalqının nümayəndələri də vuruşurdu. 223-cü Azərbaycan diviziyası Uzaq Şərqə
67
göndərilmişdi.
167
Ayrı-ayrı hərbi hissələrin tərkibində də azərbaycanlılar
döyüşürdülər. Göstərdikləri əsgəri rəşadətə görə Qara Sarıyev, Aslan Aslanov,
Hacı Hacıyev, Niyaz Hüseynov, Hacı Rzayev, Ələkbər Səfərov və başqaları SSRİ
Ali Sovetinin 1945-ci il sentyabrın 30-da təsis etdiyi "Yaponiya üzərində qələbəyə
görə" medalı ilə təltif olunmuşdular. Minomyotçu Q.Sarıyev 1945-ci il avqustun 8-
də 6-cı Qvardiya tank ordusunun tərkibində Monqolustanın Qobu səhrasından
keçərək Xinqan aşırımının alınmasında, Mancuriyada Lyubey, Xaylar, Çan-Çun,
Xarbin və digər şəhərlərin Kvantun ordusundan təmizlənməsində iştirak etmiş, Ali
Baş Komandanın imzası ilə 1945-ci il 23 avqust tarixli əmrlə Fəxri Fərmanla təltif
olunmuşdur.
168
Sovet qoşunları Kvantun ordusunu darmadağın etdi, beləliklə, SSRİ
Yaponiya üzərində qələbədə mühüm rol oynadı. 1945-ci il scntyabrın 2-də
Yaponiya hökuməti ABŞ-ın "Missuri" xətt gəmisində təslim aktına qol çəkdi.
Bununla da İkinci Dünya müharibəsi başa çatdı.
Müharibədə Sovet İttifaqı xalqları 27 milyon nəfərdən artıq şəhid vermişdi.
Azərbaycan SSR-dən cəbhəyə getmiş 700000 nəfərə qədər döyüşçüdən 300000
nəfəri həlak olmuşdu.
169
Böyük Vətən müharibəsi cəbhələrində H.Aslanov, S.Qəniyev, M.Əbilov,
H.Hüseynov, A.Abdullayev, Y.Abduldayev, A.Abasov, Q.Zeynalov, Heybətov,
T.Əliyarbəyov, A.Vəzirov, A.Qazızadə, B.Mehdiyev, D.Nəcəfov, N.Kərimov kimi
bacarıqlı sərkərdə və komandirlər qələbəyə böyük töhfələr vermişdilər.
Hərbi rəşadətə görə Azərbaycandan olan 120 nəfərdən çox döyüşçü Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 30 nəfər azərbaycanlı döyüşçü
"Şöhrət" ordeninin hər üç dərəcəsi ilə, 170 mindən artıq əsgər və zabit ölkənin
müxtəlif orden və medalları ilə təltif olunmuşdu.
170
SSRİ müharibədən qalib çıxdı. Bunun başlıca səbəbi ölkənin, xalqın
gücünün qələbəyə uğurla səfərbər olunması idi. Ölkənin rəhbərliyi inzibati
idarəçilik metodlarını daha da möhkəmləndirib, iqtisadiyyatı qısa bir zamanda
hərbin tələbləri əsasında yenidən qura bildi. Xalqların iqtisadi, hərbi və mənəvi
qüvvələri birləşdirildi. Azərbaycan xalqı İkinci Dünya müharibəsində SSRİ-nin
qalib çıxmasına öz layiqli töhfəsini vermiş, adı XX əsrdə qəsbkarlığa və mürtəce
qüvvələrə qarşı mütərəqqi qüvvələrin tarixi salnaməsinə qızıl hərflərlə əbədi həkk
olunmuşdur.
Böyük Vətən müharibəsi İkinci Dünya müharibəsinin həlledici, mühüm
tərkib hissəsi idi. Sovet İttifaqı xalqları, o cümlədən Azərbaycan xalqı, əsasən, bu
müharibənin ağır yükünü öz çiyinlərində daşımış və faşizm üzərində tarixi qələbə
qazanılmasında mühüm rol oynamışdır.
68
III FƏSİL
Dostları ilə paylaş: |