30 oktyabr 2015-ci il
http://www.amu.edu.az
7
Səyyarə xanım 1933-cü il yanva-
rın 22-də Qax rayonunun məşhur
İlisu kəndində qulluqçu ailəsində
anadan olmuşdur. Atasının işi ilə
bağlı Bakıda yaşamalı olan gənc qız
1950-ci ildə 132 saylı məktəbi bitirib,
Azərbaycan Dövlət Universitetinin
(indi BDU) filologiya fakültəsinə daxil
olur. 1954-cü ildə universiteti uğurla
bitirən Səyyarə bir müddət müəllim
işləmiş, ailə qurmuş, 1962-ci ildə
Azərbaycan dövlət Pedaqoji İnstitu-
tunun Azərbaycan dilçiliyi kafedrası-
nın aspiranturasına daxil olmuşdur.
Səyyarə xanım namizədlik disser-
tasiyasını müdafiəyə təqdim etdikdən
sonra–1965-ci ildə Azərbaycan
Tibb İnstitutunun Azərbaycan və
rus dilləri kafedrasına müəllim
vəzifəsinə göndərilib. O, 1966-cı
ildə elmlər namizədi alimlik dərəcəsi
almaq üçün “Qax rayon şivələri”
mövzusunda dissertasiyasını uğur-
la müdafiə edib. 1969-cu ildə gənc
müəllimə yüksək etimad göstərilərək
Azərbaycan dili və rus dilləri kafed-
rasına rəhbərlik etmək tapşırılıb.
S.Mollazadə 2008-ci ilədək həmin
vəzifəni ləyaqətlə yerinə yetirib.
(Kafedraya rəhbərlikdən o, öz xa-
hişi ilə gedib). Müdir işlədiyi 40 ilə
yaxın müddət ərzində Azərbaycan
dilinin rus bölməsində, rus dilinin
Azərbaycan bölməsində tədrisinin
elmi-nəzəri
və
tədris-metodiki
problemləri ilə bağlı tədbirlər həyata
keçirmiş, dərslik, dərs vəsaiti, proq-
ram, əyani vasitələr və savadlı kadrlar
hazırlanmasında köklü dönüş yarat-
mışdır. (Professor S.Mollazadə 10-
dan çox elmlər namizədi hazırlamış-
dır). 1984-cü ildə ayrıca Azərbaycan
dili kafedrası yaradıldıqdan sonra
bu işlər daha da genişləndirilmiş,
ana dilimizin ikinci dil kimi tədrisinin
mühüm məsələləri diqqətdə saxla-
nılmışdır. Səyyarə xanım kafedraya
təkcə müdirlik etməmişdi; işçiləri
özünə övlad, bacı, qardaş bilərək
onların qayğılarını öz dərd-səri kimi
qəbul edirdi. Kafedrasını ikinci ailəsi
bilən Səyyarə xanım ömrünün sonu-
na kimi beləcə qalmış, 2012-ci ildən
istirahətdə olsa da, kollektivlə əlaqəni
kəsməmişdi. Bütün bunlara görə də
kafedrada həmişə işgüzar mühit ol-
muş, əməkdaşlar Səyyarə xanımı
özlərinin səmimi məsləhətçisi, qay-
ğıkeş himayədarı bilmişlər.
Elmi araşdırmanı özünün vacib
həyat amalı hesab edən S.Mollazadə
1970-ci ildən dilçilikdə çətin
sahələrdən sayılan toponimiya üzrə
gərgin tədqiqatlar aparmış, 1979-cu
ildə “Azərbaycanın Şimal rayonla-
rının toponimiyası” adlı dissertasi-
yasını müdafiə etmişdir. Filologiya
elmləri doktoru alimlik dərəcəsi alan
dosent S.Mollazadə 1988-ci ildə ka-
fedranın professoru vəzifəsinə seçil-
mişdir.
Bacarıqlı təhsil və elm təşkilatçısı
olan S.Mollazadə tədqiqatçılıq işin-
dən bir an da kənarda qalmamışdı.
O, 150-yə yaxın məqalə, dərslik,
monoqrafiya, publisist yazı müəllifi
idi. Səyyarə xanımın Respublikada
keçirilən dilçiliyə aid elmi konfrans-
lardakı çıxışlarını mütəxəssislər
dərin maraqla qarşılayardılar. Pro-
fessor S.Mollazadə keçmiş SSRİ-
nin Moskva, Kiyev, Tiflis, Ufa, Le-
ninqrad, Volqoqrad, Daşkənd kimi
şəhərlərində, qardaş Türkiyədə elmi
ezamiyyətlərdə olmuşdu. Səyyarə
xanımın Azərbaycan toponimiya-
sına aid çoxsaylı araşdırmalarının
nəticələrindən 2000-ci ildə nəfis
şəkildə nəşr olunmuş “Azərbaycan
toponimlərinin ensiklopedik lüğəti”
kitabında geniş istifadə edilmişdir.
Respublika ziyalıları arasında
dərin nüfuz sahibi olan Səyyarə xa-
nım uzun müddət bir çox elmi şu-
raların, komissiyaların üzvü kimi iş
aparmışdır. Azərbaycan dilinin ümu-
mi məsələlərinə və daha çox onoma-
logiyaya aid 10-larla namizədlik və
doktorluq dissertasiyasının rəsmi op-
ponenti olmuş, öz elmi mülahizələri
ilə elmimizin inkişafına layiqli kömək
etmişdir.
Professor S.Mollazadə işlədiyi
kollektivdə böyük nüfuz sahibi idi,
onun şərəfli və təmənnasız zəhməti
daim qiymətləndirilmiş, dəfələrlə Uni-
versitet rektorunun Fəxri Fərmanına
və mükafata layiq görülmüşdür.
Səyyarə xanım gözəl ailə başçısı idi:
onun övladları ölkəmizin fəal ziyalıla-
rı, vətənpərvər vətəndaşlarıdır. Ürəyi
vətəninə, millətinə, işlədiyi kollektivə
sonsuz məhəbbətlə dolu xalqımızın
bu vətənpərvər qızının əziz xatirəsi
bizim qəlbimizdə əbədi yaşayacaq-
dır.
Allah rəhmət eləsin, qəbri nurla
dolsun!!
Tibbi profilaktika fakültəsinin
dekanlığı və Azərbaycan dili kafedrası
Dostları ilə paylaş: