Seydəliyeva Aydan İlham qızı
1992-ci ildə Qax şəhərində
ziyalı ailəsində anadan olub.
1999-cu ildə Bakı şəhəri Xətai
rayonu 88 saylı orta məktəbin
1-ci sinfinə gedib. Orta təhsil
müddətində dərs əlaçısı olmaqla
bərabər, müxtəlif fənn olimpi-
ada və müsabiqələrinin iştirak-
çısı və qalibi olub. 2008-ci ildə
H.Əliyevin 85 illik yubileyinə həsr
olunmuş inşa yazı müsabiqəsində
Respublika birincisi olub və
Yeni Azərbaycan Partiyasının
təqaüdünə layiq görülüb. 2010-
cu ildə G.Əsgərova adına 200
saylı məktəbi əla qiymətlərlə bitirərək həmin il yüksək bal-
la Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə
daxil olub. Təhsil aldığı müddətdə müxtəlif elmi seminar
və konqreslərdə iştirak edib. 2014-cü ildə Hacettepe Uni-
versiteti Tibb fakültəsində 4 fərqli ixtisas üzrə iş təcrübəsi
keçib. 2015-ci ildə Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq
Cəmiyyətinin (GAMCA) təşkil etdiyi konqresin iştirakçısı olub,
həm də konqresin proqramına daxil olan ümumi və vaskulyar
cərrahiyyə üzrə treyninq kurslarında iştirak edərək müvafiq
sertifikata layiq görülüb. Həmin ildə tələbə və gənc həkimlər
üçün keçirilən II Beynəlxalq Tibb Konqresində elmi məruzə ilə
çıxış edərək sertifikat alıb. Elmi məruzəsi konqresin əcnəbi
həkim qonaqları tərəfindən də maraqla qarşılanıb və iranlı
mütəxəssis tərəfindən A.Seydəliyava öz ölkəsinə dəvət alıb.
Beynəlxalq dil sertifikatı var (IELTS). 2015-ci ilin oktyabr
ayında Vyanada nəşr olunan “Austrian Journal of Technical and
Natural Sciences” jurnalında elmi məqaləsi dərc olunub.
Hazırda universiteti fərqlənmə diplomu ilə bitirir. Başlı-
ca arzusu təhsilini xaricdə davam etdirmək, qabaqcıl dün-
ya səhiyyəsinin elmi və təcrübi nailiyyətlərinə yiyələnərək
Azərbaycan xalqı qarşısında həkim vəzifəsini şərəflə icra
etməkdir.
Dostları ilə paylaş: |