9.
Axtarış zamanı aşkarlanan daxil etmə və xaric etmə meyarları qeyd olunmalıdır. Bu
meyarlar aydın təsvir olunmalı və bununla yanaşı, sübutların daxil edilmə və xaric
edilmə səbəbləri də dəqiqliklə qeyd olunmalıdır. Məsələn, klinik tövsiyələrin
müəllifləri yalnız randomizasiya üsulu ilə aparılan tədqiqatlardan alınan sübutları
daxil etməyi və ingilis dilində yazılmayan məqalələri xaric etməyi qərara ala bilərlər.
10.
Tövsiyələrin hazırlanması və son qərarların qəbul edilməsi zamanı istifadə olunan
metodlar təsvir olunmalıdır. Məsələn, belə metodlara səsvermə, qiymətləndirmələrin
formal üsullarla uyğunlaşdırılması (Delphi, Glaser) aid edilə bilər. Fikir ayrılıqları və
onların aradan qaldırılması yolları təsvir olunmalıdır.
Dostları ilə paylaş: |