Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix02.01.2022
ölçüsü2,25 Mb.
#1783
1   2   3   4   5   6   7   8   9   ...   14
Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti


3

    Ötən əsrin sonlarından başlayaraq

muxtar respublikanın blokadaya sa-

lınması nəticəsində buradakı bütün

sahələrin iflic vəziyyətinə düşməsini

bu gün kiməsə sübut etməyə ehtiyac

yoxdur. Bəziləri bunu siyasi, hərbi,

iqtisadi, nə bilim daha nə kimi blo-

kada adlandırsa da, məncə, blokada,

elə  blokadadır.  Blokada  bütün  im-

kanların  tükəndiyi,  sonu  məhv  ol-

mağa doğru gedən hər hansı ərazinin

“blok olması”dır, yəni ətraf aləmdən

təcrid  olunmasıdır.  Azərbaycanın

ayrılmaz tərkib hissəsi olan qədim

Naxçıvan diyarının da artıq 24 ildən

çoxdur ki, qismətinə belə bir vəziy-

yətdə mübarizə aparmaq, özünü in-

kişaf etdirmək “yazılıb”. Ancaq eyni

zamanda Naxçıvan belə bir blokada

vəziyyətində hərtərəfli inkişafın əlif-

basının  yazıldığı  bir  diyardır.  Elə

bu yazıda da “Naxçıvan möcüzəsi”

adlı bu əlifbanın ən savablı səhifə-

lərindən birini oxumağa çalışacağıq.

Söhbət gələcəyimizə qoyulan ekoloji

sərmayədən gedir.

    Əvvəlcə onu qeyd edək ki, Nax-

çıvan Muxtar Respublikasının blo-

kada vəziyyətinə salınmasından sonra

ən  böyük  çətinlik  regionun  enerji

təhlükəsizliyi ilə bağlı idi. Mavi qaz

infrastrukturunun iflic olduğu, elek-

trik enerjisinin isə qonşu ölkələrdən

idxal hesabına təmin edilməyə çalı-

şılan regionda soyuq qış fəsillərində

istiliklə bağlı ortaya çıxan problemlər,

nəticədə,  ağacların  kütləvi  şəkildə

kəsilməsinə gətirib çıxarmışdı. Kəs-

kin kontinental iqlimə malik regionun

onsuz da az örtüyə malik yaşıllıqla-

rının sahəsi getdikcə azalaraq muxtar

respublika ərazisinin 0,6 faizinə bə-

rabər olmuşdu. Təbii ki, ümumi ya-

şıllıq  ərazilərinin  1  faizə  belə  çat-

mayan həcmi təkcə ağacların deyil,

dağlıq ərazilərdə müxtəlif kol-ağac-

ların  belə  məhv  edilməsinə  səbəb

olmuşdu. Lakin illər bir-birini əvəz

etdikcə çətinliklər də geridə qalmış,

düşmənə baş əyməyən Naxçıvan öz

varlığını qoruduğu kimi, yaşıllıqlarını

da bərpa edərək qorumuş, həcmini

dəfələrlə  artırmışdır.  Söhbət  qeyd

olunan  dövrlə  müqayisədə  ümumi

yaşıllıq  sahələrinin  10  faizdən  də

çox  artırılmasından gedir. İlk baxışda

10  faiz,  bəlkə  də,  bir  çoxlarına  o

qədər də böyük rəqəm kimi görün-

məyə bilər. Yaddan çıxarmayaq ki,

bir  ağacın  ərsəyə  gətirilməsi  üç,

dörd,  bəzən  isə  beş  il  davam  edir.

Onu da əlavə edək ki, Azərbaycanın

digər regionları ilə müqayisədə Nax-

çıvanın  sərt  təbiəti  ağac  böyüdüb

ərsəyə gətirilməsində müəyyən çə-

tinliklər  yaradır,  o  zaman  məsələ

hər birimiz üçün aydın olur. Məsələn,

ötən il yanvar ayının 1-nə olan mə-

lumata  görə,  muxtar  respublikada

meyvə ağaclarını əhatə edən sahələr

4235 hektara çatdırılmışdır ki, bunun

da 3143,4 hektarı barverən ağaclardır.

Bu ilin yaz əkini mövsümündə isə

Naxçıvan Muxtar Respublikası Eko-

logiya və Təbii Sərvətlər Nazirliyinin

məlumatına əsasən, muxtar respub-

lika ərazisində 286,2 hektar sahədə

yaşıllaşdırma  tədbirləri  həyata  ke-

çirilmiş, 228 min ədəd ağac və bəzək

kolları əkilmişdir. “2012-2015-ci il-

lərdə  Naxçıvan  Muxtar  Respubli-

kasında meyvəçiliyin və tərəvəzçi-

liyin  inkişafı  üzrə  Dövlət

Proqramı”na  uyğun  olaraq,  dağlıq

və orta dağlıq ərazilərdə meyvəçiliyin

inkişaf etdirilməsi, həmin ərazilərin

iqlim və torpaq xüsusiyyətlərinə uy-

ğunlaşdırılmış  ağacların,  tinglərin

yetişdirilməsi  və  yeni  meyvə  bağ-

larının salınması sahəsində nəzərdə

tutulan  tədbirlər  də  bu  gün  uğurla

davam etdirilir. Dövlət pro qramının

icrasına uyğun olaraq, cari ilin birinci

yarısında  muxtar  respublika  ərazi-

sində,  ümumilikdə,  110  hektardan

çox sahədə meyvə bağları salınmış-

dır. Artıq payız əkini mövsümü baş-

landığından ağac əkini işi yenidən

vüsət  almışdır.  Elə  ötən  həftələrdə

keçirilən iməciliklərdə minlərlə müx-

təlif meyvə tingi və meşə ağacı əki-

lərək  suvarılmışdır.  Payızlıq  ağac

əkini  muxtar  respublikanın  bütün

rayonlarında həyata keçirilmişdir.

    Muxtar  respublikanın  ildən-ilə

genişlənən  yaşıllıq  sahələrini  göz

önünə  gətirdikcə  ən  diqqətçəkən

məqamlardan  biri  odur  ki,  qədim

diyarımızda bu işlərin kütləviliyinə,

eyni  zamanda  böyük  sevgi  ilə  ya-

naşılmasına necə nail olunmuşdur?

Yenə də unutmayaq ki, digər regi-

onlardan fərqli olaraq söhbət Nax-

çıvanın yayın qızmar Günəşi altında

qovrulan  torpaqda,  qışda  isə  qan-

donduran  soyuqda  ağacları  yetiş-

dirməkdən  və  qorumaqdan  gedir.

Yəqin ki, bir çoxları bunu inzibati

metodların  tətbiqi  ilə  əlaqələndir-

məyə  çalışacaq. Ancaq  düşünürük

ki,  bu,  məsələyə  ilk  yanaşmadan

doğan  düşüncədir.  Doğrudur,  istə-

nilən  ən  inkişaf  etmiş  ölkələrdə

belə,  idarəçiliyin  əsas  prinsipləri

inzibati  əsaslar  üzərində  qurulur.

Məsələnin  digər,  həm  də  əsas  tə-

rəflərindən  biri  odur  ki,  hər  hansı

bir layihənin həyata keçirilməsində

şəxsi  nümunə  praktik  baxımdan

daha  çox  effektiv  olur.  Bu  amili

dünyanın məşhur şəxsiyyətlərinin,

o cümlədən ümummilli lider Heydər

Əliyevin siyasi fəaliyyətində daha

çox görmüşük. Məhz buna görədir

ki,  Naxçıvanda  yeni  yaşıllıqların

salınmasına, ağac əkininə yanaşmada

əsl rəhbər nümunəsi ortaya qoyulub.

Muxtar respublika rəhbərinin indi-

yədək keçirilən bütün iməciliklərdə

şəxsi  nümunə  göstərməsi  –  ağac

əkməsi,  böyüyəcək  ağacların  hər

birinə əsl nəvaziş göstərərək, ümu-

milikdə, ekologiyaya sərhədsiz sevgi

nümayiş etdirməsi artıq bu diyarın

sakinlərində  iməciliklərə  kütləvi,

həm də, necə deyərlər, səfərbər ya-

naşma tərzinin formalaşmasına səbəb

olub. Bu gün muxtar respublikada

hansı  dövlət  qurumunda  çalışma-

sından  asılı  olmayaraq,  hər  kəsin

bu yaşıllaşdırma tədbirlərində əməyi

var. Ən əsası isə bu qədim diyarda

ağac əkmək, ona qulluq etmək heç

zaman aksiya və kampaniya xarak-

teri daşımadı, görülən işlərin tərkib

hissəsinə çevrildi.

    Təbii  ki,  ağac  əkmək,  sadəcə,

əkin prosesi ilə məhdudlaşmır. Ağac-

ların qorunması, onlara vaxtlı-vax-

tında aqrotexniki qulluq göstərilməsi

bu işin başlıca xüsusiyyətlərindəndir.

Xüsusilə  muxtar  respublikada  su-

varma sistemlərinin təkmilləşdiril-

məsi,  yaşıllıq  sahələrinə  yeni  su

xətlərinin çəkilişi bu sahənin inki-

şafında mühüm rolu olan tədbirlər-

dəndir. Ötən illər ərzində əldə edil-

miş  təcrübə  indiyədək  heç  ağac

əkilməyən ərazilərin belə yaşıllaş-

dırılmasına imkan verir. Bunun ger-

çək nümunəsinin hər il şahidi oluruq.

Ancaq məsələnin digər tərəfi ondan

ibarətdir  ki,  ağac  əkmək  həm  də

çox savab işlərdən sayılır. İslam di-

nində ağac əkməyin savab iş olduğu

barədə  kifayət  qədər  hədislər  var.

Məsələn, Yer üzünün son Peyğəm-

bəri  (s)  buyurur:  “Əgər  qiyamət

günü gəlib çatsa və sizlərdən biri-

nizin  əlində  bir  şitil  olsa,  qalxıb

onu əkməyi bacararsa, bu işi yerinə

yetirsin”.  Və  yaxud  Məhəmməd

Peyğəmbər  (s)  digər  bir  hədisdə

belə  buyurur:  “Meyvə  ağacı  əkən

elə bir kəs olmayıb ki, Allah-Taala

o  ağacın  verdiyi  meyvələr  qədər

ona savab yazmasın”. Daha bir hə-

disdə deyilir: “İşlərin arasında heç

bir iş əkinçilik qədər Allah yanında

sevimli deyil və Allah-Taala dərzi

olan  İdrisdən  (ə)  başqa,  elə  bir

Peyğəmbər göndərməmişdir ki, əkin-

çiliklə məşğul olmasın”.

    Bəli,  ən  savab  işlərdən  sayılan

ağac əkməyin faydaları çoxdur. İstər

dini, istər iqtisadi, istər tibbi, istərsə

də  ekoloji  baxımdan  yaşıllıqların

çox böyük əhəmiyyəti var. Unutma-

yaq ki, Naxçıvanın intibah tarixinin

yaşıl səhifələrinə yazılan bu savab

işlər, həm də gələcəyimizə qoyulan

ekoloji sərmayədir.  




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin