http://www.amu.edu.az
16 dekabr 2015-ci il
2
D
ekabrın 1-də Azərbaycan Tibb
Universitetində iki cildlik “Heydər
Əliyev və Azərbaycan nitq
mədəniyyəti” kitabının təqdimat
mərasimi olub. ATU-nun professor-
müəllim heyəti, rezidentləri və
tələbələri ilə yanaşı dilçi alimlərin,
ictimaiyyət nümayəndələrinin də qa-
tıldığı tədbiri universitetin elmi işlər
üzrə prorektoru, professor İbrahim
İsayev açaraq Heydər Əliyev irsi-
nin bütövlükdə öyrənilməsi və gənc
nəslə çatdırılmasının əhəmiyyətindən
danışıb.
Universitetimizin daxili xəstəliklər
kafedrasının dosenti Nağdəli Zama-
novun gərgin əməyi nəticəsində ərsəyə
gələn “Heydər Əliyev və Azərbaycan
nitq mədəniyyəti” monoqrafiyasında Ulu
Öndərin natiqlik qabiliyyətinin müxtəlif
aspektlərdən araşdırıldığını vurğulayan
prorektor ictimai və sosial həyatımızın
bütün sahələrinin formalaşmasında
Heydər Əliyevin müstəsna xidmətləri ol-
duğunu bildirib. Qeyd edib ki, hələ siya-
si hakimiyyətə gəldiyi 1969-cu ildən ana
dilimizi dövlət dili səviyyəsinə qaldırma-
ğı bacaran ümummilli liderimizin XX
əsrin sonları və XXI əsrin əvvəllərində
Azərbaycan nitq mədəniyyətinin inki-
şafındakı rolu xüsusilə danılmazdır:
“Ona görə danılmazdır ki, hər bir çı-
xışı, nitqindəki zənginlik, ardıcıllıq,
səmimiyyət və müdriklik onu dinləyənləri
maqnit kimi özünə çəkir. Bu böyük
şəxsiyyətin fitri istedadına, dahiliyinə və
Heydər Əliyev fenomeninə qibtə etməyə
bilmirsən”.
Azərbaycan
Tibb
Universitetində
Heydər Əliyev irsinə həmişə böyük eh-
tiram göstərildiyini, ictimai fənlər və dil
kafedralarında Ulu Öndərin tibb elminin,
səhiyyənin inkişafındakı rolu barəsində
dissertasiyaların müdafiə olunduğunu,
inşa müsabiqələrinin keçirildiyini diqqətə
çatdıran İ.İsayev dosent Nağdəli Zamano-
vun iki cildlik monoqrafiyasının daha ge-
niş əks-səda doğurduğunu söyləyib.
Hər bir xalqın əsrlər boyu öz dilini
təkmilləşdirməyə səy göstərdiyini deyən
ictimai fənlər kafedrasının professo-
ru Fəxrəddin Məmmədov Azərbaycan
türkcəsinin tarixinə nəzər salaraq
bu istiqamətdə yazarlarımızın, siya-
si xadimlərimizin fəaliyyətini yüksək
qiymətləndirib. Ulu öndərimiz Heydər
Əliyevin adını xüsusi qeyd edərək onun
ayrı-ayrı zaman kəsiyində Azərbaycan
dilinə böyük diqqət və qayğı ilə yanaş-
masına dair faktları önə çəkib və dilimizə
olan qayğının bu gün də ölkə rəhbəri
İlham Əliyev tərəfindən davam etdirildi-
yini vurğulayıb.
Təbabətlə məşğul olan N.Zamanovun
Azərbaycan dilçilik tarixinə, dilçi-
lik mədəniyyətinə müraciət etməsini
elmimizdə yeni bir hadisə adlandıran
F.Məmmədov seçilən mövzunun aktu-
allığına da toxunub: “Təsadüfi deyil ki,
Nağdəli müəllim bu əsəri yazdıqdan son-
ra respublikanın tanınmış dilçi alimləri
mötəbər mətbu orqanlarda monoqrafi-
ya haqqında öz rəylərini nəşr etdiriblər.
Elmi ictimaiyyət zaman keçdikcə bu
əsərə layiq olduğu dəyəri verəcəkdir.
Bu əsər hər hansı bir mükafata layiqdir,
bunu dövlətimizin də, hökumətimizin
də nəzərə alacağına inanıram. Əvvəlki
dövrlər olsaydı, müəllifə dilçilik üzrə
elmlər doktoru alimlik dərəcəsi də
verilə bilərdi. Təbabətimizlə bərabər di-
limizin, ədəbiyyatımızın da vurğunu
olan N.Zamanov yeni bir məktəbin, Ulu
Öndərin nitq mədəniyyəti məktəbinin yo-
lunu açıb. Düşünürəm ki, dilçi alimlərimiz
bu tədqiqat əsərindən bəhrələnərək
diqqətlərini Heydər Əliyev yaradıcılığının
digər sahələrinə də yönəldəcəklər”.
Azərbaycan dili və nitq mədəniyyəti
kafedrasının müdiri, dosent Akif Miri-
yev Heydər Əliyevin nitqlərinin dilçilik
mövqeyindən araşdırıldığı monoqrafiyanı
diqqətlə oxuduğunu bildirərək qeyd edib
ki, çox böyük zəhmət hesabına ərsəyə gələn
1000 səhifəyə yaxın bir tədqiqat əsərində
H.Əliyevin nitqlərindən yetərincə isti fadə
edilib. Bu monoqrafiya haqqında yazdı-
ğım 3 məqalənin biri “Təbib” qəzetində,
biri “Ədalət” qəzetində, biri isə “Filolo-
ji tədqiqatlar” adlı elmi məcmuədə çap
olunub. Tərəddüdsüz deyə bilərəm ki,
özünün bütün duyğularını, fikirlərini
konkret faktlarla əsaslandıran müəllifin
bu tədqiqat əsəri bizim dilçi alimlərin
tədqiqatlarından heç də geri qalmır.
Əksinə, daha konkretdir, birbaşa Heydər
Əliyev sözünün, nitqinin qiymətini verə
bilən bir tədqiqatdir.
Azərbaycan Dövlət Pedaqoji Univer-
sitetinin müəllimi, filologiya elmləri
doktoru Kamil Bəşirov “Heydər Əliyev
və Azərbaycan nitq mədəniyyəti”
əsərinin təkcə Azərbaycan dilçiliyinə
yox, bütövlükdə Heydər Əliyev irsinin
öyrənilməsinə qiymətli bir töhfə olduğunu
deyib: “İlk baxışdan “dilçiliklə həkimin
nə işi var”, - deyə düşünərkən həm də
təbabət elminin banisi, filofsof və şair İbn
Sina, həkim-yazıçı Abbas Səhhət, həkim
və siyasi xadim Nəriman Nərimanov, Əziz
Əliyev və digərləri yada düşür. Təbabətlə
filologiya elminin sıx əlaqədə olmasına
bir daha əminlik yaranır. Əslində həkimin
birinci silahı da sözdür”.
O, Azərbaycanın dövlətçilik tarixində
Şah İsmayıl Xətaidən sonra ən böyük
xidmətin ulu öndərimiz Heydər Əliyevə
məxsus olduğunu söyləyərək bildi-
rib ki, bu dahi şəxsiyyətin nitqi o qədər
mükəmməl, məqsədyönlü və dəqiqdir ki,
onu ziyalı adamlar da, təhsili aşağı olanlar
da asanlıqla başa düşür.
Böyük zəhmətə qatlaşaraq mükəmməl
bir tədqiqat əsəri yazmasını həm də
müəllifin H.Əliyev şəxsiyyətinə vurğun-
luğu ilə əlaqələndirən natiq çıxışının so-
nunda dərs dediyi universitetdə tədris
olunan “Nitq mədəniyyəti” fənni üzrə
istifadə olunan ədəbiyyat siyahısına 2013-
cü ildə “Heydər Əliyev və Azərbaycan
Dostları ilə paylaş: