nitq mədəniyyəti” kitabını da əlavə etdi-
yini xatırladıb.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hü-
quq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə
fəlsəfə doktoru Məhəmməd Cəbrayılov da
özündən əvvəl çıxış edənlərin fikirlərini
bölüşərək dilçiliklə bağlı bu mövzunun
kifayət qədər aktual olduğunu söyləyib.
Dilin, dil mədəniyyətinin inkişafı üçün iki
əsas amilin - dilin səlisliyi və istifadə im-
kanlarının, bu dildən istifadə edən insanın
hazırlıq səviyyəsinin vacibliyinə toxuna-
raq qeyd edib ki, hər iki faktoru ümum-
milli lider H.Əliyevin bütün çıxışlarında
görmək mümkündür. N.Zamanovun bu
məsuliyyətin altına girərək dilin struk-
turunun, qanunauyğunluğunun Heydər
Əliyevin fikirlərində ifadə tərzinə diqqət
yetirməsi, həmin nitqlərin məna yükünü,
məzmun yükünü açıb göstərməsi tədqiqat
əsərinin uğuru kimi qiymətləndirilə bilər.
ATU-nun Tədris Terapevtik Klinika-
sının direktoru, professor Surxay Musa-
yev bu əsərin ərsəyə gəlməsi ərəfəsində
müşahidə etdiklərini tədbir iştirakçıları
ilə bölüşdükdən sonra dilçiliklə natiqlik
məharətinin oxşar və fərqli tərəfləri barədə
fikirlərini də diqqətə çatdırıb. Bildirib ki,
bəzən dilimizi gözəl bilən şəxslərdə na-
tiqlik qabiliyyətinin olmadığını dəfələrlə
görmüşük. Heydər Əliyev isə istənilən
auditoriyanı asanlıqla ram etməyi baca-
rırdı. Səhiyyəni o qədər dəqiq təhlil edir-
di ki, çoxları onun tibb təhsili almadığı-
na inanmırdı. İş elə gətirib ki, biz onun
müxtəlif auditoriyalrda fərqli nitqlərinin
şahidi olmuşuq. Belə bir şəxsiyyətin na-
tiqlik qabiliyyətini təhlil etmək çox böyük
bir işdir və sevindirici haldır ki, Nağdəli
müəllim bu çətin, eyni zamanda şərəfli
işin öhdəsindən layiqincə gəlib. Kitaba ad
seçiminin də çox dəqiq olduğunu deyən
S.Musayev bu tədqiqat əsərində “Heydər
Əliyev Azərbaycan dilinin müdafiəsində”,
“Heydər Əliyev nitqi ilə izah edir”,
“Heydər Əliyevin nitqində məntiqi ardı-
cıllıq”, “Heydər Əliyevin nitqində fəlsəfi
fikirlər”, “Heydər Əliyevin nitqində
səmimiyyət”, “Heydər Əliyevin nitqində
qətiyyət”, “Heydər Əliyevin nitqində
nikbinlik” və s. başlıqlar altında böyük
natiqin nitqinin araşdırılmasını yuxusuz
gecələrin nəticəsi kimi dəyərləndirib.
“Məhz bizim kafedranın dosenti
“Heydər Əliyev irsi” adlanan bir ümmana
baş vurub və oradan öz gücü qədər incilər
tapıb suyun üzərinə çıxarda bilib”, - deyən
I daxili xəstəliklər və reanimatologiya ka-
fedrasının müdiri İsfəndiyar İsmayılov bu
əsərin sifarişlə yazılmadığını, müəllifin
içindən gələn çağırışla ərsəyə gəldiyini
vurğulayıb.
Kitabı ilk növbədə sonsuz sevgi ilə yaz-
dığını, eyni zamanda fenomenal natiqlik
məharətinə malik böyük bir şəxsiyyətin
nitqini
araşdırmağın
məsuliyyətini
dərk etdiyini bildirən müəllif burada çı-
xış edənlərə, tədbirin təşkilatçılarına
və iştirakçılarına, tədqiqat əsərinin işıq
üzü görməsində zəhməti olan hər kəsə
təşəkkürünü çatdırıb.
Təqdimat mərasimini yekunlaşdıran
İ.İsayev Nağdəli müəllimin Heydər Əliyev
irsinə, Heydər Əliyev yaradıcılığına eti-
barlı bir şəxs olduğunu, tədbir iştirakçıla-
rının bu günü heç vaxt unutmayacaqlarını
söyləyib. Ulu öndərin nitqlərinin davamı
sayılan möhtərəm prezidentimiz İlham
Əliyevin nitqlərində də araşdırılası və
gənclərə çatdırılası fikirlərin çox olduğu-
nu vurğulayan prorektor yeni bir tədqiqat
mövzusunun anonsunu verərək müəllifə
bu istiqamətdə uğurlar arzulayıb.
Arif MƏMMƏDLİ
Dostları ilə paylaş: |