23
İş otaqlarında radioaktiv maddələr xüsusi seyflərdə və
ya konteynerlərdə saxlanılır (hansıların ki, radiasiya təhlükəsi
işarəsi ilə, şəkil 1. , təchiz edilir).
İnsanları xarici şüalanmadan mühafizə etmək üçün
ekranlardan istifadə edilir və ya istehsal işləri şüalanma
mənbəyindən uzaqda aparılmalıdır. Ekranlar qurğuşun və ya
çuqun bloklardan hazırlanır. Daxili şüalanmadan qorunmaq
üçün radioaktiv mənbələri hermetikləşdirmək və xüsusi
geyimlərdən (xüsusi xalat, mühafizə eynəyi və. s) istifadə
etmək lazımdır. Əlləri mühafizə etmək üçün rezin və ya
xlorlaşdırılmış əlcəklərdən, ciyərləri qorumaq üçün parçadan
hazırlanmış dəyişkən süzgəclərə malik respiratordan istifadə
olunur. İşçilər üçün siqaret çəkdikdə, paltarları saxladıqda,
qida qəbul etdikdə şəxsi gigiyenaya nəzarət etmək vacibdir.
Dostları ilə paylaş: