69
qiyməti onların nominal gərginliyindən asılı olaraq müxtəlif
olur. məsələn, 6kV-luq kabellər üçün 75mkA; 10kV-110mkA
və 35kV-200mkA. Uzun kabel xətləri üçün sızma cərəyanları
göstərilən gərginliklərdə 500mkA-dan çox olmamalıdır. Sızma
cərəyanlarının qiymətini adətən sınağın sonunda ölçürlər.
Nominal gərginliyi 1000V-a qədər olan kabel izolyasiyasının
sınağı, çıxış gərginliyi 1000V olan ölçü transformatorları və
ya 2500V-luq meqommetr vasitəsilə aparılır.
Dostları ilə paylaş: