əməyi nəzərə alınacaq, onlara əlavə maaş yazılacaq”.
u
Dekabrın 26-da Təhsil Nazirliyində beşinci “Elektron təhsil”
Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması
mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayra-
mov çıxış edərək bu il müsabiqənin birinci mərhələsinə 1.104 layihənin
təqdim olunduğunu, onlardan üçüncü mərhələyə 300 işin seçildiyini bil-
dirib.
Qeyd edilib ki, beşinci “Elektron təhsil” Respublika müsabiqəsi 3
əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan
namizədlər təşkilat komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son
nəticədə 21 nəfər qalib elan olunub, 47 nəfərin işi isə fərqləndirilib.
Müsabiqəyə marağın getdikcə artığını söyləyən nazir müavini bildirib ki,
indiyədək müsabiqənin rəsmi internet səhifəsində 7 mindən çox müəllim,
2 minə yaxın tələbə, beş yüzdən çox şagird və 638 valideyn qeydiyyatdan
keçib.
C.Bayramov bildirib ki, müsabiqənin məqsədi Azərbaycanın təhsil
sistemində informasiya texnologiyalarının daha geniş istifadəsini stimul-
laşdırmaq və müəllimlərin bu sahəyə marağını artırmaqdır. Eyni zaman-
da, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri
üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris
prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri
həvəsləndirməkdir.
Vurğulanıb ki, son illər informasiya-kommunikasiya texnologiyalarının
(İKT) təhsildə tətbiqi sahəsində dövlətimiz tərəfindən mühüm layihələr
həyata keçirilir, təhsil müəssisələrimiz İKT avadanlıqları ilə təchiz olunur.
Tədbirdə beşinci “Elektron təhsil” Respublika müsabiqəsi, onun şərtləri
barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, cari ilin sentyabrın 8-dən
başlanılan müsabiqənin sponsorları “AZEDUNET”, “Edumedia”, “Ultra”,
“Mədəd Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proq-
ramı, “Nar Mobile” və “Dr. Web” şirkətləridir.
Qaliblərə diplom, noutbuk, planşet və digər mükafatlar təqdim edilib.
Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr verilib.
Dostları ilə paylaş: |