Günel ASLANOVA
u
Qış aylarında kərəvizdən bol
miqdarda istifadə etsək də, onun fay-
dalarının bir çoxundan xəbərsizik. Bu
tərəvəzin 95 faizi sudan ibarətdir. Ona
görə də xüsusilə arıqlamaq istəyənlər
bol-bol kərəviz yeməlidirlər. Demək
olar ki, bütün pəhriz reseptlərində
adı çəkilən kərəviz liflə zəngindir. Bu-
nun sayəsində həzm sistemini daha
sürətlə işləməyə məcbur edir. Bu da
o deməkdir ki, nə qədər çox kərəviz
yesəniz, o qədər tez arıqlaya bilərsiniz.
Bu tərəvəzi yeməklərdə və salatlarda
istifadə edə bilərsiniz. Həmçinin qreyfurt,
kahı, kələm, turp, soğan kimi tərəvəzlərlə
birlikdə suyunu çıxararaq içə bilərsiniz.
Kərəvizlə hazırladığınız yeməyə por-
tağal da əlavə etsəniz, qış aylarında
soyuqlamadan və qripdən özünüzü
müdafiə etmiş olarsınız.
Kərəvizin faydası təkcə arıqlatmaqdan
ibarət deyil.
Kərəviz A, B, C, D, E, K kimi vitaminlər
baxımından olduqca zəngindir. Bu
tərəvəzdə həmçinin fosfor, manqan,
dəmir, sink, selenium, kalsium kimi
bədən sağlamlığı üçün mühüm maddələr
də var.
Kərəviz cinsi gücü artırır. Kərəviz yemək
stressə qarşı da təsirlidir. Əsəbləri
sakitləşdirir iştahı açır.
Ağız qoxusunu aradan qaldırır, xroniki
öskürəyə qarşı təsirlidir. Qanı təmizləyir,
qaraciyər xəstəliklərinin müalicəsini
tezləşdirir. Təzyiqi nizamlayır.
Gündəlik menyularında kərəvizə yer
verənlər daha gec qocalırlar.
Bu tərəvəzdən bol miqdarda yedikdə
üzdəki sızanaqlar azalır və tədricən yox
olur. Dəri ləkələrinə yaxşı təsir göstərir
və dəri rəngini açır.
Dostları ilə paylaş: |