1. Coğrafi mövqeyi və təbiəti Coğrafi mövqe. Səudiyyə Ərəbistanının yerləşdiyi Ərəbistan
yarımadası üç tərəfdən dənizlə (şərqdə İran və Oman körfəzləri,
cənubda Ədən körfəzi və Ərəbistan dənizi, qərbdə Qırmızı dəniz)
əhatə olunmuş iri coğrafi vahiddir. Yarımadada bir neçə ərəb dövləti
yerləşir. Bunlardan ən böyüyü Səudiyyə Ərəbistanı məlikliyidir.
Ərazisi 2,15, başqa mənbələrə görə 2,21 mln. km
2
-dir. Səudiyyə
Ərəbistanının dövlət sərhədi bəzi bölgələrdə dəqiq müəy-
yənləşdirilməmişdir. Ərazisinin böyüklüyünə görə region ölkələri
arasında birinci, dünyada 13-cü yeri tutur.
Ərazi və sərhəd məsələsi ötən əsrin 50-ci illərinə qədər Cənubi
Ərəbistan və İran körfəzində bir sıra ərəb əmirliklərini öz nəzarəti
altında saxlayan Böyük Britaniya müstəmləkəçiləri tərəfindən
bilərəkdən dolaşıqlığa salınmış və indiyə qədər qəbilə, sülalə
münasibətləri və iqtisadi amillərlə ağırlaşmış, çətin həll olunan
problemə çevrilmişdir. Məlikliyin Yəmən, Oman və Birləşmiş Ərəb
Əmirlikləri ilə dövlət sərhədi dəqiq demarkasiya olunmamışdır. 1969-
cu ildə Səudiyyə Ərəbistanı – Küveyt xüsusi dövlət komissiyası
Küveytlə Səudiyyə Ərəbistanı arasında yerləşmiş «Bitərəf zona»ad-
lanan ərazini bölüşdürmək barədə razılığa gəlmişlər.
Səudiyyə Ərəbistanı əlverişli coğrafi və strateji mövqeyi olan
region ölkələrindən biridir. Avropa, Asiya və Afrika arasında
mərkəzi mövqe tutan Səudiyyə Ərəbistanı qərbdən Qırmızı dəniz,
şərqdən İran körfəzinin suları ilə əhatə olunmuşdur. Dəniz
sərhədlərinin ümumi uzunluğu 2510 km-dir.