Yapışdırıcı maddələr inşaat materialları arasında ən mühim yerlərdən birini tutur



Yüklə 39,44 Kb.
səhifə1/3
tarix02.03.2023
ölçüsü39,44 Kb.
#86293
  1   2   3
KURS İŞİ


1.Giriş
Yapışdırıcı maddələr inşaat materialları arasında ən mühim yerlərdən birini tutur. İnsanlar çox qədim zamanlardan öz möhkəmliyini həm havada, həm də suda saxlamaq qabiliyyətinə malik olan yapışdırıcı materialların tapılması üzrə daima axtarışda olmuşlar. İnsanlar tərəfindən istifadə olunan ilk yapışdırıcı maddə təbii yandırılmamış gil olmuşdur. Əvvəlcə gildən ayrı-ayrı doldurucuları bir-birinə yapışdırmaq üçün istifadə etmişlər. Sonralar hazırlanan çiy kərpic o vaxtlar Misirdə və Hindistanda əsas inşaat materialı kimi işlədilmişdir. Artıq eramızdan 3000...4000 il əvvəl Misirdə ilk süni yapışdırıcı maddə olan gips meydana gəldi. Gipsdən o dövrdə hörgü və suvaq məhlullarında geniş istifadə olunurdu. Gipsin ardınca əhəng alındı və o, Yunanıstanda geniş tətbiq olunmağa başlandı. Lakin bu yapışdırıcılar yalnız havada bərkidiyindən suyadavamlı yapışdırıcıya daima ehtiyac duyulurdu. Bu məsələlər öz həllini yalnız portlandsement ixtira olunduqdan sonra tapmışdır. 1924-cü ildə ingilis C.Aspidin portlandsement adlandırdığı “süni daş istehsalının təkmilləşdirilməsi üsulu” ixtirası üçün patent aldı və indiyə kimi xaricdə portlandsementin ilk ixtiraçısı sayılır (Portland sözü bu yapışdırıcının rənginin Portlend şəhəri yaxınlığındakı daşın rənginə oxşar olduğu üçün verilmişdir). Aspidin kəşf etdiyi portlandsementin əhəng daşı və gil qarışığının 900...1000℃ temperaturda karbon qazının tam ayrılmasına qədər yandırılmasından sonra üyüdülməklə alınmışdır. Moskvada Kremlin bərpasə zamanı E.Q.Çeliyev rus mütəxəssisləri tərəfindən toplanmış təcrübələri cəmləşdirərək 1925-ci ildə hidravlik yapışdırıcı istehsalı üsulu haqqında kitab nəşr etdirmişdir.Adının portlandsement olmasına baxmayaraq Çeliyev və Aspidinin kəşf etdikləri yapışdırıcı əsl mənada portlandsement deyil,ancaq yanma temperaturu kifayət qədər olmadığından indiki romansementin bir növü idi. Əsl portlandsement 1844-cü ildə İsaak Conson tərəfindən alınmışdır. Sementin istehsalının getdikcə artması ilə yanaşı olaraq, onun çeşidi genişlənir və keyfiyyəti yüksəlir. Hazırdan 35-dən çox sement növü istehsal edilir ki, bunlardan 17-si portlandsementin xüsusi növləridir ( Tezbərkiyən və yüksək möhkəmlikli portlandsement, Səthi-aktiv maddəli portlandsement, Sulfatadavamlı portlandsement, Yol tikintisi üçün portlandsement, Ağ və əlvan portlandsement, Tamponaj portlandsement və.s). Azərbaycanda ilk fırlanan soba 1906-cı ildə Bakı sement zavodunda (Keşlədəki Vorovski adına zavod) quraşdırılmışdır. 1928-ci ildə Bakı sement zavodunda açıq hava şəraitində ilk fırlanan soba quraşdırılmışdır. 1938-ci ildə bu zavodda yanacaq kimi qazdan istifadə olunmuşdur. 1948-ci ildə Tovuz 6 sement zavodunda əlvan sement istehsal olunmuşdur. Lakin son zamanlar zavod texniki-iqtisadi cəhətdən özünü doğrultmadığına görə bağlanmışdır. 1951-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığında Qaradağ sement zavodu inşa edilmişdir. Tamponaj sementləri üçün ilk texniki şərtlər də Bakıda hazırlanmış və 1952-ci ildə Qaradağ sement zavodunda ilk dəfə olaraq tamponaj sementinin kütləvi istehsalına başlanıldı. Son illərdə Respublikamızda tikintinin geniş vüsət alması və sementə olan tələbatın artması nəticəsində yeni sement istehsalı zavodları – Norm və Qazax sement zavodları tikilib istifadəyə verilmişdir. Azərbaycanda 4 sement zavodu mövcuddur. Bunlar “Holcim” , ”Norm” , ”Qazax” və “Naxçıvan” sement zavodlarıdır. Holcim sement zavodu: Holcim Azərbaycan dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilmişdir. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir. Holcim Azərbaycan ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatı ödəyir. Norm sement zavodu: İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur. "Norm" ASC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.


Yüklə 39,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin