Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə19/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   229
 
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
Bəhreyində  əhalinin siyahıya alınması ilk dəfə 1941-ci ildə 
keçirilmişdir. Həmin vaxtla müqayisədə, ölkə əhalisinin sayı bir neçə 
dəfə artaraq 680 min nəfərə çatmışdır (2005). Əsrimizin ortalarına 
qədər ölkədə təbii artım aşağı idi. Sonrakı illərdə neft və digər sənaye 
sahələrinin inkişafı ilə  əlaqədar olaraq başqa ölkələrdən gələn 
mühacirlərin hesabına  əhalinin miqdarı xeyli artmışdır. Lakin digər 
Ərəb ölkələri ilə müqayisədə bu göstərici Bəhreyində  hələ  aşağıdır. 
Əhalinin təqribən 30 faizini yaşı 15-ə qədər olanlar, 68 faizini yaşı 15 
– 65 arasında olanlar, 3,2 faizini yaşı 65-i keçənlər təşkil edir. Milli 
tərkibinə görə  əhalinin 75 faizini ərəblər (yerlilər və mühacirlər), 
qalanını Pakistan, İran (10 faiz) və  İngiltərədən (8 faiz) gələnlər 
təşkil edir. 
İslam dini dövlət dinidir. Əhalinin 90 faizi müsəlmandır. Sünni 
və şiələrin sayı bərabərdir. Əhalinin qalan hissəsi digər dinlərə sitayiş 
edir. Şiə müsəlmanları arasında «Xomeyniçilər» də vardır. Onlar İran 
İslam  İnqilabını müdafiə edir. Bəhreyində  də  «İslam hökumətinin» 
yaradılmasını  tələb edənlər var. Bəziləri isə  Bəhreynin  İrana 
birləşdirilməsi  şüarı ilə  çıxış edirlər. Bütün bunlar Bəhreynin daxili 
siyasi həyatına əhəmiyyətli dərəcədə təsir edir. 
Dövlət dili ərəb dilidir. 1971-ci ilədək rəsmi dövlət dili sayılan 
ingilis dili də geniş yayılmışdır. Bəhreyndə  əhalinin orta sıxlığı  hər 
kv. km-də 996 nəfərdir. Bu göstəriciyə görə  Ərəb ölkələri arasında 
birinci yeri tutur. Əhalinin 3/4 hissəsindən çoxu Bəhreyn adasının 
şimalında və Mühərrək adasının cənubunda cəmləşmişdir. Bəhreyn 
orta ömür müddəti kişilər üçün 71, qadınlar üçün isə 75 ildir. Hər min 
nəfərə doğulanların sayı 20,6, ölənlərin sayı isə 3,9 nəfərdir. Əhalinin 
87 faizi savadlıdır. Ölkədə iki universitet fəaliyyət göstərir. 
Bəhreyndə şəhər, kənd və kiçik balıqçı qəsəbələrinə bölünən yaşayış 
məntəqələri vardır. Şəhər əhalisinin xüsusi çəkisi 90 faizi keçmişdir. 
Nisbətən böyük şəhərləri Manama, Mühərrək, İssa və Sülməndir. 
Manama ölkənin ən böyük şəhəri və dəniz limanıdır. Şəhərdə 
təqribən 200 min əhali yaşayır (2005). Şəhərin cənubunda neft-emalı 
və neft-kimya zavodları salınmışdır. Manama ölkədə kustar 


 
41 
sənətkarlığın mühüm mərkəzidir.  Şəhərdə böyük gəmi tərsanələri 
var.  Şəhərin dəniz sahilində balıq ovlanır, mirvari və  sədəf  əldə 
edilir. Manama avtomobil yolu ilə (körpü vasitəsilə) Mühərrək şəhəri 
ilə  əlaqə saxlayır.  Şəhərdə universitet, pedaqoji, peşə  və orta təhsil 
məktəbləri fəaliyyət göstərir.  Əmirin igamətgahı, ölkənin  ən böyük 
inzibati və ticarət idarələri, xarici şirkət və  səfirliklərin yaraşıqlı 
binaları, müasir memarlıq üslubu ilə tikilmiş mehmanxanalar, 
məscidlər, parklar, xurma ağacları  şəhərə xüsusi yaraşıq verir. 
Şəhərdə beynəlxalq səviyyəli telekommunikasiya sistemi fəaliyyət 
göstərir. 
Manamada portuqaliyalıların tikdiyi qalaların qalıqları (XVI 
əsr), qədim məscidlər indiyədək saxlanılır.  Şəhərdə  Bəhreyn 
sənətkarlarının qızıl, sədəf və mirvaridən məharətlə  işləyib 
hazırladıqları qiymətli zinət əşyaları satılan Şərq bazarı, xüsusilə cəlb 
edicidir. Manama şəhərinin qərb hissəsində körfəzin 2000 kv. km. 
dayazlıq hissəsi süni sürətdə doldurulmuş  və burada Yapon 
şirkətlərinin iştirakı ilə paytaxtın yeni ticarət mərkəzi – supermarket 
tikilmişdir. 
 1978-ci  ildən fəaliyyət göstərən  İran körfəzi  əmirliklərinin 
(Bəhreyn,  İraq, Qətər, Küveyt, BƏƏ  və  Səudiyyə  Ərəbistanı) iri 
informasiya agentliyinin mənzil qərargahı Manamada yerləşir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin