İstifadə qaydası və dozası
Yemək zamanı və ya yeməkdən sonra çeynəmədən su və ya südlə qəbul edilir.
15 yaşından böyük uşaqlara və böyüklərə 200-400mq-dan sutkada 2-3 dəfə, preparatın dozası və müalicə
kursunun müddəti infeksiyanın xarakterindən asılı olaraq təyin edilir:
- trixomoniaz: 200mq-dan gündə 3 dəfə 7 gün ərzində. Qadınlara əlavə olaraq vaginal şamlar və ya
məlhəmlər şəklində metronidazol təyin edilməlidir. Kurslar arasında 3-4 həftəlik fasilə olmalıdır. Alternativ
müalicə sxemi: 2q birdəfəyə xəstəyə və onun cinsi partnyoruna;
- amöbiaz: 400mq-dan gündə 3 dəfə. Uşaqlara 30-40mq/kq/sut (3 qəbula). Müalicə kursu 7-10 gündür;
- qaraciyərin amöblü absesi: 400-800mq-dan gündə 3 dəfə, antibiotiklərlə kombinə edilmiş şəkildə.
Uşaqlara 30-35mq/kq/sut (3 qəbula). Müalicə kursu 5-10 gündür;
- anaerob bakterial infeksiyalar: böyüklərə 200-400mq-dan sutkada 2-3 dəfə. Uşaqlara hər 8 saatdan bir
7mq/kq. Müalicə kursu 7-10 gün;
- çanaq üzvlərində və yoğun bağırsaqda cərrahi müdaxilədən əvvəl profilaktika məqsədi ilə əvvəlcə
1000mq, sonra isə 200mq-dan gündə 3 dəfə.
Ağır böyrək və qaraciyər çatmamazlığı olan xəstələr üçün metronidazolun sutkalıq dozası 1,0 q olmaqla 2
dəfəyə təyin olunur.
Dostları ilə paylaş: |