Lətifə gözünə dəymirdi. İstirahət günündə buraya bilet tapan bəx təvərlərin çox yarısı qadınlar və qızlardı. Onlann içərisində Lətifənin olmaması Tahirə son dərəcə qeyri-təbii görünürdü. O, buna inanmır, inanmaq istəmirdi. Yəqin haradasa oturub onu gördüyünü və incik halda üzünü başqa tərəfə tutduğunu düşünürdü. Bu anda işıqlar söndü. Tahir yüyürüb yeddinci cərgənin qurtaraca ğında yerini tutdu və yalnız indi anladı ki, Lətifəni bu adamlar arasında 137 < 3 V
axtarıb tapmaq üçün çox-çox bundan əvvəl gəlm əli imiş. “Buradadır, yəqin buradadır” deyə qət elədiyi zaman həzin vo lirik bir musiqi səsi ucaldı. Adətən bu cür müqəddimələri dinləməyən tamaşaçı, hələ də hay-küyə ara vermirdi. Tahirin gözləri qarşısında rəssam əlilə canlandırılmış müəzzəm Volqa lövhəsi açılanda salon elə bil ölü bir sükut içində dənub qaldı. Ostrovskınin mənsur şer qədər cazibəli ifadələrini Tahir yalnız indi eşidirdi. Tanımadığı həyat və insanlar onun qəlbinə birdən-birə yaxınlaşdı, səhnədəktlərin dekor və aktyor olduğunu unutdu. Əgər ya nında bir oğlan “bu gün filankəs oynayır” deməsəydi bu ilk intihabı bəlkə də tamaşanın sonuna kimi pozulmayacaqdı. Kədər m ücəssəməsi kimi sakit və əzəm ətli addımlarla gələn Katerina, Tahirə yenə səhnədəki mənzərənin şərtiliyini unutdurdu. Gənc və gözəl rus qadını heç bir söz demədiyi halda, bütün görkəmi ilə, səhnədə danışan adamların hamısından çox məna ifadə edirdi. Lakin Tahir onun sözlərini eşitməyə tələsirdi. Nəhayət Katerina dilləndi: - Ana can, mənimçin doğma anamla sən birsən. Tixon da səni sevir”. Tahir: “Ana, qayınanadır. Bax, mən belə gelınləri sevirəm. Ana nə