götürüb qoynunda gizlətdi? Elə bil o bu açarla, düşdüyü qaranlıq zin danın qapısım açıb, işıqlı dünyaya çıxmaq istəyirdi! - M əhəbbət elədir də... Men ha deyim filankəs məndən ötrü dəli- divanədir, nə olsun? - Əlbəttə, gərək onun da sənə könlü ola... Onlar foyeyə çıxanda Tahir uzaqdan Lətifəni görüb Səməndərə cavab verməyi belə unutdu. Bu sadə gənclərin söhbətini dinləyən bir nəfər kişi öz arvadına deyirdi: - Bu uşaqlara bax, bayaqdan fikir verirəm, elə ağıllı söhbət eləyir lər ki... Səməndər bu sözlərin özlərinə dair deyildiyini hiss edib bir daha dinmədi. Tahirə üz tutub işarə ilə onu kənara çəkdi: - B izə qulaq asırlar... - dedi və fikirli-fikirli əlavə etdi: - Aşna, məhəbbətlə zarafat olmaz! Onlar teatr salonundan çıxıb fəhlə qəsəbəsinə gedəndə, Tahir artıq Lətifəni hər gün uşaq kimi xırda suallarla məşğul etməməyi, hər dəfə onunla qabaq-qabağa gəlm əyə can atmamağı daha düzgün hesab edir v ə bundan sonra hər addımını ölçüb-biçəcəyinə söz verirdi. ...Cəmil ise heç yana getməyib, evdə tək qalmışdı. O, Tahirlə mü bahisə eləyəndən sonra çox pərt İdi. Bir başqasından yox, mohz xətri ni istədiyi yaxın dostundan eşitdiyi əsassız, amma ağır ittihamlar onun könlünə bərk toxunmuşdu. N ə üçünsə Tahirdə şübhə doğuran, ancaq əsil həqiqətdə yoldaşlıq səadətini fıer şeydən yüksək tutan ve ani əhvali-ruhiyənin təsirinə düşüb hissə qapılmayan Cəmil, adətən çox şeyi ürəyinə salardı. O, Tahirə cavab vermişdisə do, yenə rahat olub, bir yerdə qərar tuta bilmir, tez-tez əlinə kitab alıb oxumaq istəyirdisə də, fikrini toplaya bilməyib yenə ayağa qalxır, bəzən eşiyə çıxır, ümumi yaşayış evinin dal tərəfindəki xali küçədə gəzinir, sotıra yenə evə qa