naraq, başını yuxarı qaldırdı və özünü ona göstərmok istədi. Amma Lətifə Tahiri görmür, gözünü parterin cərgələrində dolandırırdı. Salonun işıqlan söndü və bu zaman Tahir qabaq pərdədə gördük lərini yadına salmağa başladı. Ancaq səhnədəki adamlar da, onlann danışığı da əvvəlki qədər Tahirə xoş gəlmədi. O, təziyə saxlayan qa dınlar kimi, başdan-başa qara paltar geyinmiş arvada baxaraq, öz- özündən soruşdu: “Bu kimdir belə?” Onun danışığına diqqətlə qulaq asdısa da, dediklərindən heç nə başa düşmədi. Bu pərdədə ona hər şeyi hətta Lətifəni də unutduran məşhur açar səhnəsi oldu. Pərdə yavaş-yavaş enib qapı ağzında da yanmış Katerinanın üzünü örtəndə Tahir yerində mıxlanıb qalmışdı. Sənətin bu ecazkar qüdrətini o ilk dəfə hiss edirdi. O, dərin düşüncə lərə necə dalmışdısa, ətrafındakı adamların səslərini v ə nəfəslərini belə duymurdu. Katerinanı oynayan aktrisanın məharəti, onun hər sö zündə ifadə olunan qüvvətli ehtiras, yalnız Tahiri deyil, bütün başqa tamaşaçıları da heyran etmişdi. Ancaq Tahir, gördüyü səhnədən heç bir nəticə çıxara bilmir, yalnız Katerinanın cəsarətinə təəccüb edirdi: “N ə igid arvaddır!” deyə düşünürdü. “Bəlkə birdən əri xəbər tutdu?.. Yox, mən ki bunubelə görürəm, yəqin onda da qorxmaz”. Tahir bu fikirdə İkən, qoluna bir əl toxundu. Başını qaldırıb baxdı. Səməndər idi: - Hə, dost, demə ki, görmədim, - dedi. - Nəyi? - Lətifə ile gəzdiyini... 142
Tahir, yoldaşının səmimiyyətlə dediyi bu sözlərə yalnız səssizcə gülməklə cavab verdi: - Gedək, gəzək!.. - Səməndər Tahirin qolundan tutdu. - Elə mən də onun yanındakı qızı gözaltı eləm işəm, - deyə Tahirin qulağına pı çıldadı. - Hər şey qızdan asılıdır. Fikir verdinmi, Katerina açarı necə