İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 14 ____________________________
1882-ci ildə Lindeman Ferdinand (1852-1939)
“sıfır”dan fərqli cəbr göstəricisi ilə
e ədədinin dərəcəsinin
transsendentliyi haqqında teoremi sübut etdi, bununla da
π ədədinin və dairə kvadraturası məsələsinin həll edilməzliyinin
transsendentliyini sübut etdi.
1934-cü ildə A.O. Qelfond (1906-1968) sübut etdi ki,
bütün bu tip ədədlər həqiqətən transsendentdir.
İnformasiyanın
əlçatanlığı
sistemdəki
informasiya
obyektinə müvafiq səlahiyyət sahibi olan istifadəçinin ona
mənsub olan vaxt ərzində həmin obyektə maniəsiz daxil olma
xüsusiyyətinin
müəyyən
edilməsidir.
İnformasiyanın
bloklanması və ya məhv edilməsi əlçatanlığın itməsinə gətirib
çıxarır (məsələn, əməliyyatın düşünülmüş şəkildə və ya səhv
olaraq yerinə yetirilməsi).
Əlçatanlıq informasiya sisteminin maliyyələşdirilməsinin
əsas
atributudur.
Əlçatanlıq
müştərilərə
xidmətin
göstərilməsinə istiqamətlənir (məsələn, sərnişinlərə dəmir yolu
biletlərinin satılması, proqram təminatının yenilənməsinin
həyata keçirilməsi və bu sahə ilə maraqlananlara çatdırılması
və s.).
Əgər səlahiyyət verilmiş (təhkim edilmiş) istifadəçi
müəyyən işləri yerinə yetirmək üçün informasiya sisteminə
əlşatanlıqdan məhrumdursa, bu vəziyyət xidmətdən imtina kimi
nəzərə alınır (məsələn, şəbəkə sistemindən istifadə edəçək
şəxsin şəbəkədən istifadə etməsinə icazə verilmir).
Öndə göstərilənlərdən başqa daha iki xüsusiyyət
informasiya təhlükəsizliyi üçün çox vacibdir. Bu xüsusiyyətlərə
autentifikasiyanı və appelliyasiyanın verilməsini aid etmək olar.
Autentifikasiya məlumat
sahibinin
kimliyinin
gerçəklənməsi imkanını müəyyən edir.