İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə103/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 158 ____________________________ 
sürüşməsi və ya yoluxmuş diskin sıfırıncı sektorunun sonunda 
olmasına görə aşkar etmək olurdu. 
QEYD

Fayl virusları kompüterdə fayldan istifadə 
etdikdə tətbiq edilir və özlərini ya faylın əvvəlinə, ya 
ortasına, ya da ki, axırına yazırlar. Deməli, istifadəçi faylı 
açanda viruslar da onunla birlikdə işə düşür. Qeyd etmək 
lazımdır ki, bir virusun kompüterə daxil olması kifayətdir ki, 
bir müddətdən sonra kompüterdəki bütün fayllar virusa 
yoluxmuş olsunlar. 
Fayl virusları keçən əsrin 90-cı illərində geniş yayıldılar 
(əsasəndə disklərə yazılmış proqramlar əldən-ələ gəzəndə). 
İndiki zamanda onlar “modda” deyillər, onları akah etmək 
çox asanlaşıb.
Maraqlı cəhət odur ki, ilk viruslar piratlarla (quldurlarla) 
mübarizə məqsədi ilə yaradılmışdı. 1985-ci ildə 10 minlərlə 
kompüter Pakistanlı Əlvi qardaşları tərəfindən yaradılmış Brain 
virusuna yoluxmuşdu. Hiyləgər Əlvi qardaşları özlərinin 
proqram biznesini həyata keçirərək bilərəkdən öz proqram 
məhsullarını ziyanverici elementlə təchiz edib oğurluq 
nüsxələrdən istifadə edilməsinin qarşısını almağa çalışırdılar. 
Pakistan virusunun meydana çıxmasından keçən 10 il ərzində 
həmin virusun törəmələri bütün dünyaya yayıldı. Bu virusların 
təhlükəliliyi ondadır ki, istənilən proqramda (onun baş və icra 
faylında) mütləq şəkildə gizlənə bilir. Virusun kompüterə daxil 
olması və oradakı .com və .exe tipli faylları yoluxdurması üçün 
proqramı tək bir dəfə işə buraxmaq kifayətdir. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 159 ____________________________ 
Əmcad Fərux Əlvi və Basit Fərux Əlvi qardaşları 
1986-cı ildə IBM PC üçün ilk The Brain virusu yaradılır.
Kompüter viruslarının növbəti inkişaf mərhələsi 1987-ci 
ildən başladı. Bu dövrdə nisbətən ucuz IBM PC platformalı 
kompüterlər geniş yayılmağa başlamışdı. Bu da virusa yoluxan 
kompüterlərin sayının kəskin artmasına səbəb oldu. Məhz 
1987-ci ildə üç böyük kompüter virusu epidemiyası baş verdi.
Əlvi 
qardaşlarının 
yaratdığı, 
birinci 
kompüter 
epidemiyasına səbəb olan Brain virusu 1987-ci ildə aşkar edilir. 
McAfee-nin açıqlamasına görə təkcə ABŞ-da bu virusa 
(Brain virusu nəzərdə tutulur) 18 mindən çox kompüter 
yoluxmuşdu. Əslində bu proqram Əlvi qardaşlarının 
firmasından proqram təminatını oğurlayan yerli piratları 
cəzalandırmali idi. Proqramda onu yazan qardaşların adları, 
ünvanları və telefonları göstərilmişdi. Lakin heç kimin 
gözləmədiyi çox tez bir müddət ərzində The Brain virusu 
Pakistan sərhədlərini aşaraq bütün dünya üzrə yüzlərlə 
kompüterə yoluxdu. Brain virusu həm də ilk stels-virus hesab 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin