İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə100/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 153 ____________________________ 
1970-ci ildə daha bir əhəmiyyətli hadisə baş verdi. May 
ayında Venture jurnalında Qreqori Benfordun (Gregory 
Benford) fantastik “Üzü çapıqlı adam” hekayəsi çap edildi. 
Həmin hekayədə Virus və Vaccine adlı iki obraz var idi. Bu 
obrazlardan biri virus, digəri antivirus proqramının ilk təsvirləri 
idi. İki ildən sonra Devid Gerroldun “Xarli bir yaşında olanda” 
adlı fantastik romanında sistemi zəbt edən qurda bənzər 
proqram təsvir edilmişdi. 
Rocer Penrouz 
Qreqori Benford 
“Qurd” termini ilk dəfə 1975-ci ildə Con Brannerin 
“Sarsıdıcı dalğada” adlı romanında istifadə olunmuşdu. 
“Kompüter virusu” termini ilk dəfə 1973-cü ildə Westworld 
adlı fantastik filmdə istifadə edilmişdi. Bu sözbirləşməsi müasir 
adamların adət etdiyi mənada, yəni “kompüter sisteminə 
soxulan ziyanverici proqram” kimi işlədilmişdi.
Nəhayət, 1977-ci il aprelin 20-də kütləvi istifadə üçün 
kompüter istehsal edildi və bu hadisə özütörəyən proqramların 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 154 ____________________________ 
özünü 
reallaşdırması 
şəraitini 
əhəmiyyətli 
dərəcədə 
yaxşılaşdırdı. 
1980-ci illərdə kompüterlər xeyli ucuzlaşdı və sayca 
çoxaldı. Bundan əlavə, bu maşınlar daha məhsuldar idi. Böyük 
həvəskar entuziastlar bu maşınları daha çox əldə etməyə 
başladılar. Nəticədə bu 10 illik kompüter dünyasında baş verən 
hadisələrlə olduqca zəngin oldu. Özütörəyən proqramlar və 
qurd-proqramlar yaratmaq sahəsində eksperimentlər aparıldı, 
nəticədə Elk Cloner və Virus adlı proqramlar meydana çıxdı ki, 
bunlar da ilk kompüter virusları hesab edilir.
Əgər əvvəllər eksperimental nüsxələr yeridildiyi kompüteri 
heç vaxt tərk etmirdisə, yeni proqramlar laboratoriyadan kənar 
kompüterlərdə, “azadlıqda” görünməyə başladılar. 
1981-ci ildə 15 yaşlı məktəbli Riçard Skrenta Apple II fərdi 
kompüteri üçün ilk 

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin