İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə98/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 151 ____________________________ 
maşın dilində biokibernetik modeli proqramlaşdırır. Bu 
proqramda məxluq sıfıra bərabər olmayan sözlərlə 
qidalanmaqla hərəkət edir. 
Məxluq müəyyən sayda simvolları “yeyəndən” sonra 
çoxalır. Bu zaman yeni əmələ gələn mexanizmlər mütasiya 
imkanına malik ola bilir. Kibernetik məxluq müəyyən müddət 
ərzində qidalanmayanda “ölürdü”. 
1961-ci ildə Bell Telephone Laborototies kompaniyasının 
(ABŞ) əməkdaşları V.A. Vısotski, X.D. Makilroy və Robert Morris 
“Darvin” adlandırılan qeyri-adi oyun yaradırlar. O vaxtlar hələ 
yüksək səviyyəli proqramlaşdırma dilləri yox idi. Oyun 
Assembler dilindən istifadə edilməklə yaradılmışdı. Bu oyunun 
mahiyyəti ondan ibarət idi ki, Assemler dilində yazılmış 
“orqanizmlər” adlandırılan bir neçə proqram komüterin 
yaddaşına yüklənirdi. Bir oyunçunun yaratdığı (daha dəqiq 
desək bir növə aid olan) orqanizmlər digər növə aid olan 
orqanizmləri məhv etməli və onların mövcud olduğu fəzanı zəbt 
etməli idi. Yaddaşı tamamilə zəbt edə bilən və ya daha cox xal 
toplaya bilən orqanizmlərlə oynayan oyunçu oyunun qalibi 
hesab edilirdi. Oyundakı prosesə “hakim” (əlavə proqram) 
nəzarət edirdi. Bu proqram həm də rəqiblərin mübarizə aparma 
qaydalarını müəyyən edirdi. Bu sadəcə eksperiment olsada və 
iştirakçıları təkcə prosesin özü maraqlandırsada məhz bu oyun 
proqramını ilk kompüter virusu adlandırmaq olardı. 
İlk kompüter viruslarının yaradılması 1960-cı illərin 
sonlarına təsadüf edir. Ədəbiyyatda belə fikirlərə də rast 
gəlmək olar ki, əslində ilk viruslsr qəsdən zərərli proqramlar 
kimi yazılan proqramlar deyildi. Yəni təsadüf nəticəsində 
meydana gələn viruslar da olub. Bunu proqramlar yazılanda 
buraxılan səhvin nəticəsi hesab edənlər də var. Belə 
proqramlar ozü özünü köçürməklə kompüterin sərt diskini 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin