İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 145 ____________________________
viruslar yerinə yetirdiyi funksiyaya görə aşağıdakı kimi təsnif
olunurlar:
1.Verilənləri məhv edən (dağıdan) viruslar.
Bu tip
viruslara “Çernobıl” (1999-cu il) və “Klez.E” (2002-ci il)
viruslarını nümunə kimi göstərmək olar.
2.Cəsus viruslar. Virusun daxili (özəyi) istifadəçi klaviatura
üzərindəki istənilən düyməni sıxdıqda informasiyanı oğurlayır,
verilənləri xüsusi fayla yazaraq virusun müəllifinə göndərir.
3.Virusa yoluxmuş kompüterdən əməliyyat meydanı
(platsdarm) kimi istifadə edərək
spamı
və ya
paylaşdırılmış
“DoS-hücumları” müxtəlif yerlərə göndərir (kompüterə
yoluxmuş bu tip virusları “Zombi-şəbəkə” adlandırırlar).
4.Kripto-viruslar. Sərt diskdə olan informasiyanı açıq açar
alqoritmi ilə şifrələdikdən sonra istifadəçiyə təqdim edir.
Bu təsnifat ilə yanaşı virusları yayılma mexanizminə görə
də təsnifatı vardır: fayl virusları, makroviruslar,
yükləmə
virusları və şəbəkə soxulcanları (bunlar haqqında ətraflı
məlumat sönrakı bölmələrdə veriləcəkdir).
AÇIQLAMA
: XIX əsrin sonlarında Western Union
şirkəti özünəməxsus şəbəkə ilə təyin edilmiş ünvana teleqraf
məlumatlarının dəfələrlə (dönə-dönə) göndərilməsinə razılıq
verir. İlk kommersiya teleqramının göndərilməsi 1864-cü ilin
may ayına təsadüf edir. Teleqram stomatoloji xidmətləri
reklam etmək üçün Britaniya
siyasətçiləri tərəfindən
göndərilmişdi.
“Spam” kəlməsi ilk dəfə 1936-cı ildə yaranır.
Dostları ilə paylaş: