İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 165 ____________________________
Morris soxulcanının törətdiyi bu insidentə (toqquşma,
hadisə, anlaşılmazlıq, münaqişə) görə ən azı 9 milyon saatdan
artıq vaxt itkisinə yol verilmişdi.
Bu səbəbdən itirilmiş
məsrəflərin ümumi məbləği 96 milyon dollar təşkil etmişdi.
Əgər proqram əvvəlcədən dağıdıcılıq məqsədi üçün yaradılmış
olsaydı zərərin məbləği daha çox ola bilərdi.
Morris soxulcanı 6200-dən çox kompüterə yoluxmuşdu.
Bu virusun hücumu nəticəsində şəbəkələrin çoxu beş sutka
müddətinə sıradan çıxmışdı. Şəbəkələr üçün kommunikasiya
funksiyalarını yerinə yetirən, fayl-serverlər
kimi istifadə edilən
və eləcə də şəbəkə işinin digər təminat funksiyalarını yerinə
yetirən kompüterlər də sıradan çıxmışdı.
Morris soxulcanı ilə mübarizədə fərdi kompüter
istifadəçilərinin işi bir qədər asanlaşdı, çünki fərdi
kompüterlərdə istifadə olunan platformaların
əksəriyyəti və
əməliyyat sistemləri
unifikasiya
edildi. Nəticədə Microsoft
şirkətinin hazırladığı əməliyyat sistemi örtüyü altında işləyən
Intel-birgəliyi olan kompüterlər bazarda üstünlük qazandı.
Sonrakı hadisələr böyük sürətlə inkişaf etdi.
AÇIQLAMA
:
Unifikasiya (latınca unus – bir, facio –
edirəm, birləşmə) bir-birinə oxşayan (həmahəng) sistemə və
ya formaya salınma (gətirilmə) anlamını verir.
Texnikada
unifikasiya dedikdə müxtəlifliyin (çoxçeşidliliyin) idarə
edilməsi (ingiliscə
variety control, fransızca gestion de la
diversite) başa düşülür. Texniki unifikasiyanın prinsipləri
təkcə
istehsalda deyil, fəaliyyətin digər sahələrində
hazırlanaqcaq məmulatdan (məhsuldan), onun tərkib
hissəsindən və hazırlanma prosesindən ilk növbədə gərəksiz
(lazımsız, lüzumsuz) olan çoxçeşidliyi kanarlaşdırmaqdır.