İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 182 ____________________________
“Troya atları” xüsusi təyinatlı proqram təminatı ilə yayılır
və onların destruktiv fəaliyyəti kompüter istifadəçiləri üçün
tamamilə gözlənilməz olur. Məsələn, belə virusa antivirus
proqramının özü yoluxa bilir. “Tpoyalılar” ilk baxışda guya
hansısa faydalı (kompüterdə yaddaşın bölüşdürülməsinin
yalançı optimallaşdırılması, diskdə informasiyanın yalandan
sıxılması və s. bu kimi) funksiyalar yerinə-yetirir. Əslində isə
“Tpoyalılar” ya sistemi dağıdır (məsələn, kompüterin
vinçesterini aşağı səviyyədə formatlaşdırır və ya informasiyanı
çoxsaylı və operativ oxuyub/yazma əməliyyatlarını yerinə
yetirməklə disk sürücüsünün (diskovodun) mexaniki sıradan
çıxmasına şərait yaradır), ya da nəzarəti digərlərinin ixtiyarına
verir.
Troya viruslarının növləri çox müxtəlifdir. Onların bəziləri
ümumiyyətlə faydalı funksiya yerinə yetirmir, sadəcə olaraq
kompüterin diskində gizli qalır və müxtəlif destruktiv
funksiyalar yerinə yetirir. Bəziləri isə istifadəçilərdən qətiyyən
gizlənmir və heç kimin şübhələnməyəcəyi manipulyasiyalar
aparır. Birinci növ viruslara nümunə kimi Back Orifice adlı
məşhur virusu göstərmək olar. Bu virus kompüter şəbəkəsində
istifadəçiyə hiss etdirmədən onun kompüterinə nəzarəti demək
olar ki, tamamilə istifadəçinin görə bilmədiyi “düşmənə” verir.
İkinci tip virusa nümunə kimi saxta MS İnternet Explorer
brauzer göstərilə bilər. Microsoft firmasının saytına qoşulanda
verilənlərin kompüterdən Microsoftun serverinə ötürülməsinin
aktivliyini olduqca çox artırır ki, bu da HTML sənədin (yəni,
İnternet-də Veb-səhifənin) oxunması və ya kopiyasının
çəkilməsi üçun sadə sorğunun həcmindən dəfələrlə artıq olur.
2003-2012-ci illər müəllif adı KuKu olan Win32.Sality
epidemiyası ilə yadda qalıb. Bu polimorf virus bir neçə hissədən
ibarətdir, şifrələmə və maskalama sistemindən istifadə edir.