İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 183 ____________________________
Yerinə yetirilən faylların məzmununu dəyişdirir. Ona görə də
belə faylları tam bərpa etmək olmur. Mürəkkəb rəftara və
maskalama vasitələrinə malik olması ilə bağlı olaraq adi
istifadəçi üçün bu virusun müalicə edilməsi demək olar ki,
mümkün olmayan məsələdir. Virusa yoluxan kompüter
dünyadakı ən iri bonet şəbəkələrindən biri hesab edilən Sality
şəbəkəsinin hissəsinə çevrilmişdir.
Məlumat üçün qeyd edək ki, bonet nisbi-müstəqil
(avtonom) proqram təminatı ilə idarə edilən və müəyyən sayda
hostlardan (qovşaqlardan və ya lokal, yaxud da qlobal
şəbəkəyə qoşulan ixtiyari kompüter və ya serverlərdən) ibarət
olan kompüter şəbəkəsidir. Bonet anlayışı robot və net
sözlərinin birləşməsindən yaranmışdır. Belə şəbəkələrdən bəd
əməlçilər virusa yoluxmuş kompüterlərin resurslarından qeyri-
leqal və ya bəyənilməyən (spam göndərmək, kompüterdəki
parolları müəyyən edib öz sahibinə və ya digər məqsədlər üçün
göndərmək və s. kimi) əməliyyatların yerinə yetirilməsi üçün
istifadə edirlər.
Qeyd etmək yerinə düşər ki, Lınux, Unıx və digər Unıx-ə
oxşar əməliyyat sistemləri ümumiyyətlə kompüter viruslarından
mühafizə edilmiş əməliyyat sistemləri hesab edilir. Lınux üçün
yazılmış virusların, troya proqramlarının və digər zərərli
proqramların sayı təkcə 2005-ci ildə 422-dən 863-ə çatmışdı.
Buna baxmayaraq rəsmi antivirus proqramlarının bəziləri çox az
hallarda zərərli proqramları aşkar edə bilirdi.
MenuetOS üçün ilk virusu 2004-cü ildə RRLF
virusmeykerlər qrupunun Second Part To Hell kimi məşhur olan
üzvü yazır.
AROS üçün ilk virus 2007-ci ildə Doomriderz qrurunun
Wargamer kimi məşhur olan iştirakçısı tərəfindən yazılır.