İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 188 ____________________________
kompüter virusları haqqında ciddi yazıları digər qeyri-kompüter
nəşriyyatları da yaymağa başladılar.
1989-cu il.
ARPANET rəsmi olaraq İNTERNET adlandırıldı.
IBM PC
üçün ilk antivirus proqram təminatı yaradıldı. AIDS adlı ilk
“troya atı” meydana çıxdı. Bu virus vinçesterdəki bütün
informasiyanı əlçatmaz edərək ekrana belə bir yazı çıxardı:
“Aşağıda göstərilən ünvana 189 dollarlıq çek göndərin”.
Virusun müəllifi göndərilən pulu alan kimi həbs edildi.
Antivirus proqram təminatı ilə “döyüşə bilən” “Tünd
Qisasçı” (The Dark Avenger) adlı ilk virus yaradıldı. Bu virus
antivirus proqramı vinçesteri yoxladığı
məqamda da yeni-yeni
faylları yoluxdurmaqda davam edirdi.
Lawrence Berkeley Laboratory-nin əməkdaşı Kliff Stoll
“Ququ quşunun yumurtası” (The Cuckoo’s Egg) adlı kitab nəşr
etdirdi. Həmin kitabda müəllif peyğəmbərcəsinə xəbər vermişdi
ki, ümumdünya kompüter şəbəkəsi təkcə xeyirxah məqsədlərlə
istifadə edilməyə də bilər. Belə ki, bu şəbəkə hərbçilər,
cinayətkarlar və dələduzlar tərəfindən
də fəal surətdə istifadə
ediləcəkdir. K.Stoll hadisələrin bu məcraya yönəlməsinin
qarşısının vaxtında alınması tədbirlərinin görülməsini təklif
etmişdir.
1990-cı il.
Bu, PC Today adlı populyar kompüter jurnalı ilə bağlı
məşhur münaqişə tarixidir. Çünki həmin jurnal öz abunəçilərinə
virusa yoluxmuş disketlər yaymışdı.
Dostları ilə paylaş: