İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə126/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
 
 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 192 ____________________________ 
2002-ci il. 
İlk dəfə virus müəllifi həbsxanaya düşdü. Melissa 
virusunun müəllifi 33 yaşlı proqramçı Devid Smit 20 aylıq həbs 
cəzası aldı. 
İlk dəfə virus Ümumdünya Şəbəkəsinin fəaliyyətini təmin 
edən 13 İnternet-server qovşağını yoluxdurdu. Analitiklər 
təsdiq edirlər ki, yaxşı təşkil edilmiş və həyata keçirilmiş 
kompüter hücumu bir həftəyə İnterneti məhv edə bilər. 
2003-cü il. 
Yayılma sürəti rekordunu Slammer adlı “qurd” qırdı. Belə 
ki, 10 dəqiqə ərzində 75 min kompüter virusdan 
“xəstələnmişdi”. Virus ABŞ-ın Dövlət Departamentinin 
kompüterlərini zədələyərək verilənlər bazasını dağıtmışdı. ABŞ 
konsulluğu bu səbəbdən bütün dünyaya viza verilişini 9 saat 
dayandırmaq məcburiyyətində qalmışdı. 
İlk dəfə virus müəllifi Avropada həbsxanaya salındı. Bu, 
22 yaşlı Saymon Vellor idi. Böyük Britaniya məhkəməsi onu 
Gokar, Redesi və Admirer viruslarını yaratdığına görə 2 il həbs 
cəzası ilə cəzalandırmışdı. Bu viruslar 42 ölkənin 27 min 
kompüterini yoluxdurmuşdu. 
Beləliklə, kompüter viruslarının inkişafı tarixi daha çox 
qızğın silahlanmanı yada salır. Əvvəlcə ziyanverici proqram, 
sonra isə ondan müdafiə proqramı əmələ gəlir. Bu spiralvari 
inkişaf nəticəsində viruslar sadə proqramlardan mürəkkəb 
komplekslərə - öz pozucu fəaliyyətlərini gizlədə bilən, 
kriptoqrafik və şəbəkə texnologiyalarından istifadə edərək 
gözəgörünməz ziyankarlara çevrilirlər.
Paralel olaraq antivirus vasitələri də inkişaf etdi.
İlk antiviruslar primitiv utilitlər olub, fayllarda olan məlum 
siqnatura (göstəriş, təlimat) üzrə axtarış aparıb faylı həmin 
siqnaturadan təmizləyirdi. İndiki antiviruslar isə müxtəlif 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin