İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə160/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 243 ____________________________ 
əlverişli olan TCP nəql protokolundan istifadə edir. Faylların 
göndərilməsi üşün FTP protokolu istifadəçiyə digər xidməti də 
təqdim edir. Məsələn, istifadəçiyə uzada yerləşmiş maşınla 
interaktiv işləmə imkanı yaradılır. Bununla yanaşı istifadəçi 
hesablama maşınının kataloqunda olanları çapa da göndərə 
bilər. Bu sadalananlarla yanaşı FTP protokolu istifadəçinin 
autentifikasiyanı da həyata keçirir. Öncədən fayla əlçatanlıq 
əldə etmək üçün protokola uyğun olaraq istifadəçi ona məxsus 
parolu və öz adını xəbər verməlidir. FTP-arxivinin ictimai 
kataloqlarından istifadə etmək üçün İnternet autentifikasiya 
parolunu tələb etmir, onu öncədən müəyyən edilmiş
Anonymous istifadəçi adindan istifadə etmək kifayətidr. 
Telnet protokolu proseslərarası baytlar axınının 
ötürülməsini, həmçinin proseslərarası və terminallararası 
ötürməni təmin edir. Bəzi hallarda protokoldan uzaqda 
yerləşdirilmiş kompüter terminalının emulyasiyası üçün də 
istifadə edirlər. Telnet servisindən bəhrələnən istifadəçi faktiki 
olaraq uzaqda yerləşmiş kompüterləri lokal şəbəkə istifadəçiləri 
kimi idarə edə bilir. Bu əməliyyatı lazımı səviyyədə həyata 
keçirmək üçün yaxşı müdafiənin olması vacibdir.
Telnet serverləri iş zamanı istifadəçidən minimum parola 
uyğun autentifikasiyanı tələb edir, bəzi hallarda isə müdafiə 
vasitəsi kimi Kerberos sistemindən bəhrələnir. 
SNMP (Simple Network Management Protocol) protokolu 
şəbəkənin idarə edilməsində istifadə olunur. Öncə protokol 
uzaqlaşdırılmış nəzarət və İnternet marşrutlaşdırıcılarını idarə 
etmək üçün hazırlanmışdı. Protokolun populyarlığı artdıqca 
ondan 
müxtəlif 
kommunikasiya 
avadanlıqlarının 
(konsentratorlar, körpülər, şəbəkə adapterləri və başqaları) 
idarə edilməsi üçün istifadə olunmağa başlanıldı. SNMP 
standartında şəbəkə tərəfindən idarə edilə bilən informasiya 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin