İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə157/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 238 ____________________________ 
tərəfindən 
açıq sistemlərin standarta əsaslanan qarşılıqlı əlaqə 
modeli (OSI – Open Systems Interconnection) işlənib 
hazırlandı. ISO/OSI modeli kompüter şəbəkələrinin inkişafında 
əsas rol oynadı.
OSI modeli müxtəlif səviyyəli sistemlərin aralarındakı 
fərqləri müəyyən etməklə yanaşı həmin sistemlərin hansı 
funksiyaları yerinə yetirmələrini də müəyyənləşdirir. Vasitələrin 
qarşılıqlı əlaqə modeli OSI yeddi səviyyəyə bölünür: 

Tətbiqi (Application); 

Təqdimatlı (Presentation); 

Sesiyalı (Session); 

Nəqli (Transport); 

Şəbəkə (Network); 

Kanallı (Data Link); 

Fiziki (Physical). 
Modelin ən yuxarı səviyyəsi Tətbiqi (Application) 
səviyyədir. Bu səviyyədə istifadəçi əlavələr ilə qarşılıqlı 
münasibətdə olur. Modelin ən aşağı səviyyəsi isə Fiziki 
(Physical) səviyyədir. Bu səviyyədə isə qurğular arasında siqnal 
mübadiləsi həyata keçirilir. 
Rabitə kanalı vasitəsilə verilənlərin mübadiləsi verilənlərin 
yuxarı səviyyədən aşağı səviyyəyə sürüşdürülməsi ilə yerinə 
yetirilir. Sonrakı mərhələdə verilənlərin rabitə kanalı vasitəsilə 
nəql edilməsi əməliyyatı və nəhayət, müştərinin kompüterində 
verilənlərin əks əlaqə ilə sürüşdürülməsi, yəni aşağı səviyyədən 
yuxarı səviyyəyə ötürülməsi yerinə yetirilir. 
Kompüter şəbəkəsinin hər bir səviyyəsində müəyyən 
uyğunluğu təmin etmək üçün 
xüsusi standart protokollardan 
istifadə edilir. Protokollar məlumatların formatlanması və 
ardıcıllığını formallaşdıran qanunlardan (qaydalardan) ibarətdir. 
Protokolların köməyilə bir səviyyədə və müxtəlif şəbəkə 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 239 ____________________________ 
düyünlərində yerləşən şəbəkə komponentləri arasında 
mübadilə həyata keçirilir. 
Şəbəkədə düyünlərin qarşılıqlı əlaqəsini təmin edən 
ierarxik təşkil olunmuş protokollar toplusu 
kommunikasiya 
protokolları yığımı (steki) adlanır. Texniki ədəbiyyatlarda 
ISO/OSI modelinin ISO/OSI protokollar yığımından dəqiq 
fərqlənməsi göstərilir. ISO/OSI modeli açıq sistemlərin 
konseptual sxemidir, ISO/OSI protokollar yığımı isə ISO/OSI 
modeli ilə müəyyən edilən, yeddi səviyyənin qarşılıqlı 
əlaqəsində iştirak edən protokolların konkret təsnif olunmasının 
yerinə yetirilməsidir.
Kommunikasiya protokolları həm proqram, həm də aparat 
baxımından tətbiq edilə bilərlər. Aşağı səviyyə protokolları 
adətən proqram və aparat vasitələrinin kombinasiyası kimi, 
yuxarı səviyyə protokolları isə proqram vasitələri kimi tətbiq 
edilir. 
Şəbəkənin bir düyünündə yerləşən qonşu səviyyələrin icra 
olunan protokollar modulu, dəqiq qanunlara əsaslanmaqla 
məlumatların standart formatlanmasının köməyilə bir-biri ilə 
qarşılıqlı əlaqədə olmalıdırlar. Bu qaydaları (qanunları) 
səviyyələrarası interfeys adlandırırlar. Səviyyələrarası interfeys 
cari səviyyə ilə qonşu səviyyənin servislər toplumunu müəyyən 
edir. 
Ümumiyyətlə, protokol və interfeys yaxın anlamlar sayılır, 
amma ənənəvi baxımdan isə şəbəkədə onlara fəaliyyətin 
müxtəlif sahələri aid olunur. Protokollar müxtəlif şəbəkələrdə 
qarşılıqlı əlaqənin eyni səviyyədəki modulunu, interfeys isə bir 
düyündə qonşu səviyyələrdə qarşılıqlı əlaqə qanunlarını 
müəyyənləşdirir. 
TCP/IP (Transmission Control Protocol/İnternet Protocol) 
protokollar yığımı (steki) qlobal şəbəkə üçün yaradılmış 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin