İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 236 ____________________________
səviyyəli İnternet-servislərin çatdırılmasını təmin edir. Bura:
ümumdünya
hörümçək toru World Wide Web; DNS domen
adları servisi; FTP fayl arxivlərinə daxil olma; elektron poçt (e-
mail); telekonfrans (Usenet); ICQ, IRC mübadilə servisi; Telnet
servisi; İnternetdə informasiya axtarışı aiddir.
Bu xidmətləri
təqdim edən kompüterlər
serverlər, bu
xidmətlərdən bəhrələnən kompüterlər isə
müştərilər adlanır. Bu
terminlər kompüter-serverlərdə və kompüter-müştərilərdə
istifadə olunan proqram təminatına da aiddir. İnternet şəbəkəsi
istifadəçini böyük həcmdə və müxtəlif
xarakterdə informasiya
ilə təmin edir ki,
bu da şəbəkəyə qoşulmuş
host-düyünlər
vasitəsilə yerinə yetirilir. Host dedikdə kompüter və ya
kompüterlər qrupu nəzərdə tutulur. Host İnternet
ilə bir başa
şəbəkə birləşməsinə malikdir və istifadəçiyə şəbəkənin bütün
imkanlarından
istifadə
etməyə
şərait
yaradır.
Bu
kompüterlərdən əksəriyyəti server rolunu icra edir və istənilən
istifadəçiyə İnternetə çıxış verməklə yanaşı elektron resurslara
–
verilənlərə, əlavələrə və xidmətlərə də çıxış imkanı verir.
Şirkətlər özlərinə məxsus şəbəkəni bu resurslarla birləşdirməklə
effektiv informasiya axınından və kommunukasiyadan səmərəli
bəhrələnə bilər. Göstərilən xidmətlərdən yararlanan şirkətlər bu
xidmətlərin üstünlüklərindən istifadə etməklə çəkilən xərcləri
minimuma endirməklə yanaşı effektivliyin yüksəlməsinə də nail
ola bilərlər.
Dostları ilə paylaş: