İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə153/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 233 ____________________________ 
ŞƏBƏKƏLƏRİN İNFORMASİYA 
TƏHLÜKƏSİZLİYİ PROBLEMLƏRİ 
Kompüter şəbəkələrini avtonom (müstəqil işləyən) 
kompüterlərdən ayıran əsas xüsusiyyətlər onlarda informasiya 
mübadiləsinin şəbəkə düyünləri arasında baş verməsi və 
verilənlərin xətlər vasitəsilə ötürülməsi məsələlərinin həlli ilə 
bağlıdır. 
Kompüterlərin 
kompüter 
şəbəkələrində 
birləşməsi 
istifadəçiyə kompüter sistemlərindən effektiv istifadə etməsinə 
imkan verir. Bu zaman effektivliyin artırılması kompüter 
şəbəkələri arasında informasiya mübadiləsinin həyata 
keçirilməsi hesabına, həmçinin hər bir kompüterdə şəbəkənin 
ümumi resurslarından istifadə imkanının olmasına görə baş 
verir (informasiya resursları dedikdə informasiya, xarici yaddaş 
qurğusu, proqram əlavələri, xarici qurğular və s. nəzərdə 
tutulur). 
Korporativ şəbəkənin əsas əlamətlərindən biri müəssisə 
filiallarının ayrı-ayrı lokal şəbəkələrinin qlobal şəbəkə daxilində 
birləşməsi və müəssisənin mərkəzi lokal şəbəkədən uzaqda 
yerləşmiş əməkdaşlarının istifadə etdiyi kompüterlərin 
birləşdirilərək istifadə edilməsidir. Son illərdə kompüterlərin 
naqilsiz əlaqə xətlərindən istifadəsi geniş füsət almışdır 
(nümunə kimi WLAN – Wireless Local Area Network naqilsiz 
lokal şəbəkəni göstərmək olar).


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 234 ____________________________ 
ŞƏBƏKƏ İNFORMASİYA MÜBADİLƏSİNƏ GİRİŞ 
İnformasiya texnologiyalarının çox sürətli inkişafı İnternet 
qlobal şəbəkəsinində sürətli inkişafına səbəb oldu. Kompüter 
şəbəkələrinin inkişafı standart aparat təminatı prinsiplərinə 
ciddi nəzarət edilməsi və proqram təminatının düzgün seçilməsi 
ilə bağlıdır. Müasir anlamda İnternetin yaranma tarixi TCP/IP 
kommunikasiya protokollarının 1983-cü ildən başlayaraq 
standartlaşdırılması ilə bir-başa əlaqəli olmaqla yanaşı 
Ümumdünya Hörümçək Torunun yaranmasına da təkan verdi 
(əsasını qoydu). İnternet kompüter şəbəkələrinin bir-biri ilə 
qarşılıqlı əlaqəsinin yaradılması kompüterlər arasında 
informasiya mübadiləsinin ümumi razılıq prinsipinə uyğun 
tətbiqi ilə bağlıdır.

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin