İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 229 ____________________________
1.
Siqnaturaya əsaslanan yanaşma. Bu yanaşmada məşhur
hücumları təsvir edən unikal hadisələr toplumuna uyğun
fəaliyyət aydınlaşdırılır. Üsul effektivdir və kommersiya
proqramlarında istifadə edilən əsas üsullardan sayılır. Amma
nəzərə almaq lazımdır ki, zorla müdaxiləni aşkarlayan sistemlər
yeni yaranan hücumlarla, həmçinin ənənəvi videohücumlarla
tutarlı səviyyədə mübarizə apara bilmirlər.
2.
Anomaliyaya əsaslanan yanaşma. Bu yanaşmada
hücumu aşkar etməklə yanaşı serverə və ya şəbəkəyə edilən
qeyriadi hücumlarda identifikasiya olunur. Yanaşma istifadəçiyə
öncədən planlaşdırılmamış (həmçinin proqramlaşdırılmamış)
hücumların qarşısını almağa imkan verir.
Dostları ilə paylaş: