Qasımova Fatimə Sinif: X mövzu: Qədim dövr Azərbaycan ədəbiyyatı Standartlar



Yüklə 21,23 Kb.
tarix20.12.2022
ölçüsü21,23 Kb.
#76515
növüDərs
icmal2 fatimə


Qasımova Fatimə
Sinif: X
Mövzu: Qədim dövr Azərbaycan ədəbiyyatı
Standartlar: 2.1.1., 2.2.1., 3.1.3.
İnteqrasiya: Ədəbiyyat, tarix
İş üsulu: Əqli hücum, müsahibə, müzakirə.
İş forması: Kollektiv və kiçik qruplarla iş.
Resurslar : Qədim türk dastanları, “Kitabi-
Dədə Qorqud” dastanı, “Avesta”, proyektor, internet,
Dərslik, işçi vərəqləri
Dərsin tipi:İnduktiv
Dərsin təlim nəticələri:
Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla mövzu ilə, problemlə bağlı təqdimat və çıxışlarında obrazlı ifadələrdən istifadə edir.
Müzakirələrdə mövzuya, problemə tənqidi münasibətini əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir.
İnformasiya xarakterli mətnlər, esse yazır.

Dərsin gedişi:
Motivasiya:

Avesta və Kitabi Dədə Qorqud ədəbiyyat nümunələrini şəkli göstərilir və şagirdlərdən bu haqda nə bildikləri soruşulur.


Tədqiqat sualı:
Qədim dövr Azərbaycan ədəbiyyatı haqqında nə bilirsiniz? Bu dövr ədəbiyyatının aparıcı xüsusiyyətləri hansılar olmuşdur?

Tədqiqatın aparılması məqsədilə 3 qrupa bölünür:


  1. Qədim dövr” qrupu

Sizcə bu dövrdə yazılan əsərlərdə ən çox hansı məsələlərə toxunulmuşdur?


Qədim dövr Azərbaycan ədəbiyyatının digər dövr ədəbiyyatlarına göstərdiyi təsir haqqında bildiklərinizi yazın


  1. Avesta “ qrupu


Avestanın ədəbiyyatımızda rolu nədən ibarətdir?
Avestada qədim dini inanclar öz əksini necə tapmışdır?



  1. Kitabi-Dədə Qorqud “ qrupu


Qədim türk dastanlarının hansı oxşar cəhətləri vardır?
Dastanda hansı tərbiyəvi məsələlər özünü göstərir?



  1. Məlumat mübadiləsi: Qrup liderləri və qrup

Üzvləri öz təqdimatlarını edirlər və digər qruplara məlu-
Mat verirlər.

  1. Məlumatın müzakirəsi və təşkili:

  2. 1.“Kitabi-Dədə Qorqud” dastanındakı igidlərin ortaq cəhətləri nə idi?

2.Qədim türk dastanlarından olan “Oğuz xaqan”,
Alp Ər Tonqa”, “Türklərin törəyişi”, “Ərgənəkon”u və
s. birləşdirən əsas cəhətlər hansılardır?
3. Bu dastanların “Kitabi-Dədə Qorqud” dastanı ilə oxşar cəhətləri varmı?

V. Nəticənin çıxarılması: Qədim dövr Azərbaycan ədəbiyyatı haqqında məlumatlar mənimsənilir.

  1. Yaradıcı tətbiqetmə: “Xalqımızın qədim inanc və adətləri” adlı esse yazın.

  2. Qiymətləndirmə təlim nəticələrinə əsasən aparılır.

Yüklə 21,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin