İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə166/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 251 ____________________________ 
ATM (ingiliscə asynchronous transfer mode – 
verilənlərin asinxron ötürülməsi üsulu) – paketlərin 
multipleksiya edilməsi və kommutasiya oluması üçün istifadə 
olunan yüksək məhsuldarlığa malik şəbəkə texnologiyasıdır. 
ATM texnologiyasının əsası bir-birindən asılı olmayan iki 
alim tərəfindən: Fransada Franca Telecom şirkətinin 
əməkdaşı Jan-Piyerre Koudruse, Amerika da isə Bell Labs 
laboratoriyasının əməkdaşı Sandi Fraser tərəfindən 
yaradılmışdır. 
Hər iki alim
elə bir arxitektura yaratmaq 
istəyirdilər ki, ondan istifadə etməklə verilənlərin nəql 
olunması şəbəkədə yüksək sürətlə (səs sürətinə yaxın) 
effektif ötürülsün. 
Jan-Piyerre Koudruse
Sandi Fraser 
1988-ci ildə Jeneva şəhərində ITU –nun (Telefon və 
teleqraf 
sahəsində 
Beynəlxalq 
Məsləhət 
Komitəsi)
toplantısında ATM yuvalarının uzunluğu 53 bayt seçilir 
(Amerika mütəxəssiləri 64, Avropa mütəxəssisləri isə 32 bayt 
təklif edirdilər). 1990-cı ildə ATM-in bünövrə təqdimatları 
qəbul olunur. Qəbul edilmiş qərar vaxtı ilə Jan-Piyerre 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 252 ____________________________ 
Koudruse və Sandi Fraser tərəfindən təklif edilmiş qərarları 
yamsılayırdı, daha doğrusu onlara çox oxşayırdı. 1990-cı 
ildən başlayaraq ATM texnologiyası daha da inkişaf etməyə 
başlayır.
TCP/IP protokollarından istifadə etməklə verilənlər kanal 
vasitəsilə açıq şəkildə ötürülür, odur ki, təhlükəsizlik 
(informasiyanın ümumiyyətlə İnternetdə ötürülməsi nəzərdə 
tutulur) baxımından istifadəçi nəzərə almalıdır ki, əgər lazım 
olan tədbirlər həyata keçirilməzsə, məlumatlar göndərilən 
nöqtədən verilənlərin ötürülmə yollarında yerləşən istənilən 
məlumatı qəbul edən düyün nöqtəyə kimi bədniyyətli insanlar 
bu məlumatların surətini alaraq öz məqsədləri üçün istədikləri 
kimi istifadə edə bilərlər. Nəticədə verilənlər ya təhrif olunar, 
ya da ki, məhv edilər. 

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin