İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 261 ____________________________
pisniyyətli insan parolu “sındıra” bilirsə,
onda resurslara daxil
olma imkanı əldə edir.
Parol hücumlarından müdafiə olunmaq asandır, bunun
üçün ilk növbədə mətn parollarından istifadə etmək məsləhət
deyil. Birdəfəlik parollardan və kriptoqrafik auytentifikasiyadan
istifadə olunması praktiki olaraq hədələri heçə endirə bilər.
Təəsüflər
olsun ki, nə bütün əlavələr, hostlar və qurğular
autentifikasiyanın təklif edilən üsullarını dəstəkləmirlər.
İstifadəçi adi parol yaradan zaman çalışmalıdır ki, parolu
sındırmaq çətin olsun. Parolun uzunluğu minimum 8
simvol
olmalıdır. Parol klaviaturanın yuxarı reqistr simvollarından,
rəqəmlərdən və xüsusi işarələrdən (məsələn, #, $, %, və i.a.)
yığılmalıdır.
Dostları ilə paylaş: