İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 263 ____________________________
xaker edilən xidmətlərin tam siyahısını
tərtib etmək və bu
xidmətləri dəstəkləyən hostlar haqqında məlumat almaq üçün
portların skanerlənməsini həyata keçirir. Nəticədə “sındırılması”
lazım olan informasiya əldə edilir.
Şəbəkə və host səviyyəsində
IDS sistemi adətən şəbəkə
kəşfiyyatı məsələsinin öhdəsindən yaxşı gəlir. Bu səbəbdəndə
sistem istifadəçiyə ediləcək hücuma lazımı
səviyyədə
hazırlaşmağa imkan verir və bu barədə provayderi (ISP)
məlumatlandırır.
Etibardan sui-istifadə
. Fəaliyyətin bu növünü sözün əsl
mənasında hücum saymaq düzgün deyil. Növ sadəcə olaraq
şəbəkədə yaranmış etibardan qərəzli
istifadə edilməsi ilə
bağlıdır. Buna tipik nümunə kimi korporativ şəbəkənin
periferiya hissəsində baş verən
hadisələrdən sui-istifadə
olunmasını göstərmək olar. Şəbəkənin bu seqmentində DNS,
SMTP və HTTP serverləri yerləşir.
Bu serverlər bir seqmentdə
yerləşdikləri üçün onlardan birinin “sındırılması” digərlərinin də
“sındırılması”na gətirib çıxarır, çünki serverlər digər sistemdə
olan, onlara uyğun serverlərə etibar edirlər.
Etibardan sui-istifadə riskini etibar
üzərində sərt nəzarət
qoymaqla azaltmaq mümkündür. Sistemdən kanarda olan
serverlər etibardan mütləq formada istifadə etməməlidirlər.
Serverlərin bir-birinə olan etibarı həm IP-ünvanına, həm də ki,
digər parametrlərə görə müəyyən protokollar və autentifikasiya
ilə məhdudlaşmalıdır.
Dostları ilə paylaş: