İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 284 ____________________________
resursların miqdarını və onlara yanaşmanın ölçüsünü müəyyən
edir.
Təhlükəsizlik siyasəti müəssisənin informasiya sistemi
üçün real sayılan cəsarətin (və ya cürətin) təhlil edilməsinə
əsaslanaraq qurulur. Belə olan halda cürət təhlil edilir, müdafiə
strategiyası müəyyən olunur, informasiya təhlükəsizliyini təmin
edən proqram tərtib edilir -
bütün bunlar təhlükəsizlik
siyasətidir. Tərtib olunan prioqrama uyğun olaraq resurslar
ayrılır, bu resurslara məsul şəxslər seçilir, proqramın yerinə
yetirilmə ardıcıllığı müəyyən edilir və s.
Müəssisənin təhlükəsizlik
siyasəti müxtəsər struktura
malik olmaqla yanaşı yüksək səviyyəli siyasətı dəstəkləməlidir.
Yüksək səviyyəli siyasət daim nəzərdən keçirilməli və
müəssisənin cari tələblərini ödəməklə yanaşı bu tələblərin
ödənilməsinə təminat da verməlidir. Siyasət sənədi elə tərtib
edilməlidir ki, konkret texnologiyadan asılı olmasın və bu
sənədin tez-tez dəyişilməsinə ehtiyac duyulmasın.
Təhlükəsizlik siyasəti ilə tanış
olmaq üçün bəzi
müəssisənin
hipotetiklik (fərziyyəyə əsaslanma) lokal şəbəkəsini
nümunə kimi araşdırraq.
Təhlükəsizlik siyasəti adətən sənəd formasında tərtib
olunur, bura problemin izahı, tətbiq olunma sahələri,
müəssisənin
tutduğu
mövqe,
rəhbərlikdə
vəzifələrin
bölüşdürülməsi və s. bölmələr daxil edilir.
Problemin izahı
. Lokal şəbəkə çərçivəsində dövr edən
informasiya kritik vacib sayılmalıdır.
Lokal şəbəkə istifadəçiyə
imkan verir ki, təhlükəsizliyi artıran hədələri proqramlardan və
verilənlərdən müştərək istifadə etməklə minimuma endirsin.
Odur ki, şəbəkəyə qoşulan hər bir kompüter istifadəçisi daha
güclü müdafiəyə ehtiyac duyur. Bütün bunlar sənəd formasinda