İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 41 ____________________________
dəyişməsi, şərtlər və faktorlar da hesaba alınmalıdır. Digər
tərəfdən avtomatlaşdırılmış informasiya sistemlərinin bütün zəif
yerləri (hissələri) də nəzərə alınmalıdır ki, mümkün hücumların,
yeni təhlükəsizlik hədələrinin yaranmasının səbəbləri və
yaranma yerləri müəyyən edilsin.
3.
Komplektlik. Müdafiə sisteminin tamlığının qurulması
zamanı müxtəlif xüsusiyyətli vasitələrin
istifadə edilməsi
razılaşma əsasında olmalıdır, çünki bu vasitələr kanalların zəif
birləşmə nöqtələrində yarana biləcək bütün mümkün hədələrin
qarşısının alınmasına kömək edməlidirlər. Bu baxımdan
eşalonlaşdırılmış müdafiə sisteminin qurulması məqsəduyğun
hesab edilir, çünki belə yanaşma müxtəlif səviyyələrdə (xarici
səviyyə - fiziki vasitələr, təşkilatı və hüquqi tədbirlər, əməliyyat
sistemlərinin
səviyyələri,
tətbiqi
səviyyə)
kompleks
təhlükəsizliyin təmin olunmasına zəmin yaradır.
4.
Arasıkəsilməzlik.
Avtomatlaşdırılmış
informasiya
sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün
həyata keçirilən tədbirlər sistemin
fəaliyyət göstərdiyi bütün
dövr ərzində həyata keçməlidir, yəni layihələndirmədən
başlamış istismara buraxılan anına kimi. Bu zaman ən yaxşı
nəticə sistemin yaradılması ilə yanaşı onun avtomatlaşdırılmış
informasiya sisteminin müdafiə edilmə məsələlərinin də parallel
həyata keçirilməsi baş verir. Bununla yanaşı çalışılmalıdır ki,
sistem işləyən zaman onun işində hədələr nəticəsində fasilələr
(arakəsmələr) olmasın.
5.
Düşünülmüş kafilik. İnformasiya
təhlükəsizliyinin əsas
prinsiplərinin birində belə bir anlam var: mütləq formada
etibarlı müdafiə yaratmaq mümkün deyil. Belə alınır ki,
istənilən pisfikirli insan müəyyən məbləğdə para xərcləməklə
yaradılmış mürəkkəb mühafizə mexanizminin
öhdəsindən gələ
bilər. Müdafiə sistemi onda etibarlı sayılır ki, bədniyyətli insan